Rusiyanın Saxalin vilayətində güclü yanğın baş verib.

Bu barədə Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hadisə Poronayski şəhərinin Vostok kəndində qeydə alınıb. Belə ki, 40-dan çox bağ evi və yardımçı tikililər yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın 2,1 min kv.m ərazini əhatə edib. İlkin versiyaya görə, hadisəyə səbəb yanğınla ehtiyatsız davranma olub. Güclü külək yanğının söndürülməsini çətinləşdirib.

İstinadlar Report