Rusiyanın Xabarovsk diyarının Nikolayev rayonunda 11 nəfər qar uçqunu altında qalıb.

Şənbə günü səhər FHN-ə Nikolayev rayonunun Mnoqoverşinnı qəsəbəsində dağ-mədən müəssisəsindəki açıq tipli mədən dəhlizində 11 nəfərin qaç uçqunu altında qalması barədə məlumat daxil olub.

FHN nümayəndəsi bildirib ki, əvvəlcə qar uçqununa bir nəfər düşüb, ardınca ikinci uçqun baş verib və daha 10 nəfər onun altında qalıb.

Hazırda ərazidə xilasetmə işləri aparılır.

Bu ilin martında İsveçrədə qar uçqunu nəticəsində bir qrup turist itkin düşmüşdü.

İstinadlar Report