Bu gün Rusiyanın Perm diyarında 10-dan çox məktəbə mina qoyulması barədə anonim məlumatlar daxil olub.

Bu barədə Perm diyarının Ərazi Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

“Fevralın 5-də Perm şəhərində bir sıra təhsil müəssisələrinin elektron ünvanlarına mina qoyulması barədə anonim məlumatlar daxil olub. Məktəblərin rəhbərləri tərəfindən təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb, 76 nömrəli məktəbdə təxliyə tədbirləri həyata keçirilib, əhalinin həyat və sağlamlığına təhlükə yoxdur”, – nazirlikdən bildirilib.

İstinadlar Report