
Rusiya qarşıdan gələn seçkilərdə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına yenidən üzv olmağa çalışır.
Nəşr Rusiyanın dəstək istəməsi üçün BMT üzvlərinə yaydığı mövqe sənədinin surətini əldə edib. Səsvermə isə gələn ay keçiriləcək.
Sənəddə deyilir ki, Rusiya insan haqları məsələlərinə adekvat həll yolları tapacağını vəd edib və Şuranın bir qrup ölkələrin siyasi iradəsinə xidmət edən alətə çevrilməsinin qarşısını almağa çalışacaq.
BMT-nin İnsan Hüquqları Şurası Cenevrədə yerləşir və hər biri üç il müddətinə seçilən 47 üzvdən ibarətdir.