Rusiya Xarici İşlər Nazirliyi “Şimal axını”nda baş verən qəzaya görə ABŞ-ı iitiham edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, qəzalar ABŞ kəşfiyyat xidmətlərinin nəzarətində olan ölkələrin sularında baş verib.
Qeyd edək ki, Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində eyni vaxtda qəzalar baş verib.
Bornholm adasının yaxınlığında “Şimal axını”nda iki və “Şimal axını 2″də isə bir qaz sızması aşkar edilib.
Almaniya, Danimarka və İsveç hadisənin təxribat olduğunu istisna etmir.