Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 10 dekabr tarixində ABŞ-a rəsmi səfər edəcək.

Son dəqiqəyə qədər nazirin ABŞ-a səfərinin təfərrüatları açıqlanmayıb. Üstəlik, onun səfərinin dəqiq tarixləri yalnız bir gün əvvəl rəsmi olaraq təsdiqlənib.

Lavrov Vaşinqtonda ABŞ dövlət katibi Maykl Pompeo ilə danışıqlar aparacaq.

Bundan əlavə, rusiyalı nazir ABŞ prezidenti Donald Trampla da görüşəcək. Görüşdə iki ölkə arasında mövcud olan münasibətlər müzakirə olunacaq. Görüşdə ABŞ dövlət katibi Maykl Pompeo da iştirak edəcək.

İstinadlar Report