
Münxen Təhlükəsizlik Konfransı göstərdi ki, Qərb dünyası təhlükəsizlik və demokratiya etalonu deyil.
Bunu Rusiya Xarici İşlər Nazirliyinə (XİN) rəsmi nümayəndəsi Maria Zaxarova bugünkü brifinqdə bildirib.
“61-ci Münxen konfransı bizim çoxdan danışdığımız bir şeyi nümayiş etdirdi. Qərb dünyası çoxdan təhlükəsizlik və demokratiya etalonu olmaq iddiasından belə əl çəkib”, – o bildirib.