“Ermənistanın baş naziri Nikol Paşinyan anti-Rusiya bəyanatları ilə günahı Moskvanın üzərinə atmaq, məsuliyyətdən yayınmaq istəyir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Paşinyanın dünənki çıxışlarında Rusiyaya qarşı qəbuledilməz bəyanatlar var: “İrəvan bilərəkdən Moskva ilə əlaqələri pozmağa çalışır. Beləliklə, Qərbin geosiyasi oyunlarının girovuna çevrilir və böyük səhvə yol verir”.

Bildirilib ki, Rusiya-Ermənistan münasibətləri üçün dağıdıcı proseslər Qərb tərəfindən stimullaşdırılır və sistemli xarakterlidir: “Ermənistan mediasında açıq-aşkar anti-Rusiya kampaniyası aparılır. Ermənistandakı etirazların Rusiyadan qaynaqlanması ilə bağlı iddialarının reallıqla heç bir əlaqəsi yoxdur”.

İstinadlar Report