Rusiya NATO ölkələrinə hücum etmək niyyətində deyil və belə aqressiv planları yoxdur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov deyib.

“Rusiya ilə NATO arasında münasibətlər “soyuq müharibə” başa çatdıqdan sonra nəinki ən aşağı səviyyədədir, həm də alyans ölkəmizə qarşı durmaq və bizdən qaynaqlanan “təhlükə”nin qarşısını almaq üçün aydın kurs götürüb. Bu, bütün sahələrdə baş verir”, – o deyib.

XİN rəsmisinin sözlərinə götə, Rusiya heç vaxt NATO ilə münasibətləri pisləşdirməyə çalışmayıb: “Münasibətlərin tənəzzülünün təqsiri tamamilə alyansın üzərinə düşür. Biz NATO ölkələrinə hücum etmək fikrində deyilik və belə aqressiv planlar qurmayacağıq”.

Diplomat qeyd edib ki, Rusiya və NATO fövqəladə hallar üçün qaynar xətt və əlaqə imkanlarını saxlayır. “Gərginliyi azaltmağın yollarını tapmaq üçün istifadə oluna biləcək normal təmaslara və dialoq mexanizmlərinə gəlincə, alyans onları rədd edib. Bu, bizim seçimimiz deyildi. Hələ 2014-cü ildə qarşı tərəf Rusiya-NATO Şurasında hərbi və mülki məsələlər üzrə bizimlə əməkdaşlığı birtərəfli qaydada dayandırmışdı”, – Maslennikov xatırladıb.

İstinadlar Tass