Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qərb ölkələri Suriyaya o, dinc gələcək üçün şans qazandığı bir vaxtda zərbə endirdilər.

Bu barədə o, “Facebook” səhifəsində yazıb.

“Əvvəlcə Suriya xalqını “Ərəb baharı”, sonra İŞİD-lə sınadılar, indi isə Amerikanın “ağıllı” raketləri. İllərdir terror təcavüzü şəraitində sağ qalmağa çalışan suveren dövlətin paytaxtına zərbə endirildi”, – deyə o bildirib.

Zaxarova qeyd edib ki, Qərb KİV-ləri ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya zərbə endirməsinə görə öz məsuliyyətlərini dərk etməlidirlər.

İstinadlar Report