“Rusiya bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində hər iki ölkənin nümayəndələri arasında keçirilən görüşü alqışlayır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün brifinqdə deyib. 

Onun sözlərinə görə, görüş zamanı tərəflər sərhədlərin delimitasiyası ilə bağlı praktik işə başlanılması hazırlığı çərçivəsində metodoloji və təşkilatı məsələləri razılaşdırıblar: “Rusiya Ermənistanla Azərbaycan arasında delimitasiya ilə bağlı birbaşa iş prosesinə töhfə verməyə hazırdır”.

Xatırladaq ki, noyabrın 30-u Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri Şahin Mustafayevlə Mqer Qriqoryanın sədrliyi altında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib. İclas Azərbaycanın Qazax rayonunun Ermənistanın İcevan rayonu ilə sərhədində baş tutub.

İstinadlar Qafqazinfo