1994 və 1995-ci illərdə Dağlıq Qarabağda atəşkəsə dair əldə olunan saziş müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Rusiya tərəfi Dağlıq Qarabağda vəziyyətin inkişafı kontekstində 1994 ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsi haqqında sazişin müddətsiz xarakter daşıması və münaqişə zonasında əvvəlki kimi sülhün əsasını təşkil etməsi mövqeyindən çıxış edir”, — deyə məlumatda bildirilir.

Bəyanatda qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin ümumi yanaşması ilə tamamilə üst-üstə düşən bu prisipial mövqe Rusiya Federasiyasının ATƏT yanındakı Daimi nümayəndəliyi tərəfindən aprelin 12-də Azərbaycan nümayəndəliyinə göndərilən notada da əksini tapıb.