
“Ermənistanın sərhədyanı ərazilərində Avropa İttifaqının nümayəndələrinin peyda olması regiona geosiyasi qarşıdurma gətirə bilər”.
Bu barədə məlumatı Avropa İttifaqının müşahidə missiyasının Ermənistana göndərilməsi ilə bağlı məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyi yayıb.
“Aİ-nin nəyin bahasına olursa olsun Ermənistanda möhkəmlənməyə dair cəhdləri erməni və azərbaycanlıların təməl maraqlarına zərər vura bilər”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Aİ Ermənistana 2 il müddətinə müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib. Missiyanın öz fəaliyyətinə fevralın 20-si başlayacağı gözlənilir.