“Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün dördtərəfli görüşün keçirilməsi ilə bağlı Türkiyədən hələ də rəsmi müraciət almayıb”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Bəli, mətbuatda bununla bağlı materiallara rast gəldik, lakin Türkiyə tərəfdən hələlik rəsmi müraciət almamışıq”, – o bildirib.

O qeyd edib ki, Rusiya ənənəvi olaraq beynəlxalq gündəliyin müxtəlif aspektləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyət üzrə Ankara ilə sıx dialoq aparır.

Qeyd edək ki, bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Rusiya, Ermənistan və Azərbaycanın iştirakı ilə dördtərəfli görüşün təşkili təklifi ilə çıxış edib.

İstinadlar Report