Avstriyanın Moskvadakı səfiri Verner Almhofer Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona Rusiya səfirliyinin iki əməkdaşının Avstriyadan çıxarılması ilə əlaqədar etiraz notası verilib.

Bu barədə Rusiya XİN məlumat yayıb.

“Aprelin 11-də Avstriyanın Moskvadakı səfiri Verner Almhofer Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın Avstriyadakı səfirliyinin iki əməkdaşının əsassız olaraq “persona non-qrata” elan edilməsi ilə bağlı ona sərt etiraz edilib”, – deyə məlumatda bildirilib.

İnformasiyaya görə, səfirin diqqətinə çatdırılıb ki, bu qeyri-dost addım Avstriya tərəfinin təşəbbüsü ilə böhran vəziyyətində olan ikitərəfli münasibətləri daha da gərginləşdirir və özünü neytral dövlət, beynəlxalq diplomatiya platforması kimi təqdim edən Avstriyanın nüfuzuna ciddi ziyan vurur.

İstinadlar Report