ABŞ Rusiya KİV-inə qarşı hər addımına görə cavab alacaq.
Bunu “SolovyevLive” telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi ABŞ-nin qəbul etdiyi məhdudiyyətləri diqqətlə təhlil edəcək və onlara cavab verəcək: “Ölkəmizə qarşı atılan addımların cavabsız qalmayacağını anlamalı olacaqlar”.