
Rusiya Silahlı Qüvvələrinin Xarkova ballistik raketlə zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, 57 nəfər yaralanıb.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Xəsarət alanlardan beşi uşaqdır.
Xarkov vilayət dövlət administrasiyasının sədri Oleq Sineqobov bildirib ki, zərbə Osnovyansk rayonunda çoxmənzilli yaşayış binalarına endirilib.