Rusiya 2020-ci ildə xarici kreditləri yalnız avro və yuanla götürmək variantını mümkün hesab edir.

Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov Londonda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu arasında görüşündə jurnalistlərə bildirib.

Gələn il ABŞ dollarında kredit götürməmələrini də istisna etməyən rusiyalı nazir həmin valyutada kredit almaları üçün məhdudiyyət olduğunu da xatırladıb.

İstinadlar Report