Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında bu gün keçirilən telefon danışığı zamanı Rusiyadan olan turistlərin Türkiyəyə getməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqda razılıq əldə edilib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Bu zaman Türkiyə hökumətinin ölkəyə səyahət edən Rusiya vətəndaşlarının təhlükəsizliyinə təminat verməsi arzu olunur”, – deyə informasiyada bildirilib.