Rusiyanın “MİSiS” Milli Elmi Tədqiqat Texnologiya Universiteti və Yaponiyanın Milli Kvant Elmləri və Radiologiya İnstitutunun mütəxəssisləri sərtgövdəli disk və fləş daşıyıcıların tutumunu xeyli artırmağa imkan verən material hazırlayıblar. Bundan başqa, sözügedən material belə daşıyıcıların əsas problemini (yenidən yazma limiti) aradan qaldıracaq.

Bu gün fləş kart və ya kənar sərt disk kimi ənənəvi məlumat saxlama qurğuları informasiyanın elektrik cərəyanının köməyi ilə ötürülməsi metoduna əsaslanır. Bu halda istifadəçilər vaxtaşırı aşağıdakı problemlərlə üzləşirlər: fayl düzgün yazılmaya, kompüter fləş kartı “tanımaya” bilər və böyük həcmli informasiyanın yazılması üçün kifayət qədər böyük tutumlu daşıyıcılar tələb olunur. Spintronika elektronikaya perspektivli alternativ hesab edilir, informasiyanın daşınmasının idarəetməsi yalnız elektron yükün köməyi ilə deyil, həmçinin spin cərəyanının köməyi ilə reallaşır.

Rus və yapon alimləri tərəfindən hazırlanmış material informasiyanın sıxlığının artırılması yolu ilə maqnit yaddaşının tutumunu xeyli artırmaq imkanına malikdir. Alimlər yeni materialın hazırlanmasında qrafendən istifadə ediblər.

Oxumağa dəyər:   Putin və Ərdoğan görüşməyə razılıq verib

Emil Hüseynov

İstinadlar ict news