
Rusiya və Ukrayna 246 hərbi əsiri mübadilə edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Aprelin 19-da danışıqlar prosesi nəticəsində Kiyevin nəzarətində olan ərazidən 246 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 246 hərbi əsiri təhvil verilib”, – bəyanatda qeyd olunub.
Hazırda Rusiyaya qaytarılan hərbçilər Belarus ərazisindədir, onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Bundan əlavə, onlara yaxınları ilə əlaqə saxlamaq imkanı verilib.