Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) və Qətər Suveren Fondu (QIA) texnologiya, mineral hasilatı və səhiyyə sahələrindəki layihələrə diqqət yetirməklə 2 milyard dollarlıq investisiya platforması yaradacaq.
Bu barədə RDIF-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq saziş Rusiya Prezidenti Vladimir Putin və Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Taninin iştirakı ilə imzalanıb.
Bu gün Kremldə keçirilən danışıqların yekunlarına görə Rusiya və Qətər nümayəndə heyətləri arasında bir sıra digər sənədlər də imzalanıb.