“Rusiya və İranın Cənubi Qafqaz regionunda fəallığı narahatlıq doğurur”.

Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Donfrid qeyd edib ki, Qarabağdakı rusiyalı sülhməramlılar konstruktiv rol oynamır, İran isə fəal olaraq Cənubi Qafqazda öz siyasi, təhlükəsizlik və iqtisadi rolunu genişləndirməyə çalışır.

Onun sözlərinə görə, bu narahatlıqlar son 1 il ərzində Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra artıb.