Rusiya və Çin hərbçiləri Yapon və Şərqi Çin dənizində birgə patrul xidməti həyata keçirib.

Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin “Tu-95MS” raketdaşıyıcısı Çin Hərbi Hava Qüvvələrinə məxsus “Xun-6K” strateji bombardmançı təyyarələri ilə birlikdə Yapon və Şərqi Çin dənizləri üzərində 13 saatlıq patrul xidməti həyata keçirib.

Məlumata görə, Rusiyanın raketdaşıyıcısı müxtəlif mərhələdəki marşrutda Cənubi Koreya və Yaponiyaya məxsus təyyarələri müşaiyət edib.

İstinadlar Report