Rəsmi Vaşinqton amerikalıların təlim keçmiş yüzlərlə hərbçisini Əfqanıstandan çıxara bilmədi, bununla əlaqədar onlar digər dövlətlərlə, o cümlədən Rusiya, İran və ya Çinlə əməkdaşlığa başlaya və mühüm məlumatları açıqlaya bilərlər.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində respublikaçıların hazırladığı hesabatda deyilir.

Qeyd olunub ki, ABŞ üçün milli təhlükəsizlik sahəsində ciddi risk var, çünki bu əfqanlar ordunun, eləcə də ABŞ kəşfiyyat ictimaiyyətinin taktikasını, texnikasını və üsullarını bilirlər.

“Bu, xüsusilə bəzi keçmiş əfqan əsgərlərinin İrana qaçması ilə bağlı xəbərlər fonunda aktualdır”, – hesabatda deyilir.

İstinadlar Report