Rusiya Silahlı Qüvvələri müharibə başlayandan Ukraynaya 487 raket hücumu həyata keçirib. Bu müddət ərzində Rusiya və Belarus ərazisindən Ukraynaya 788 qanadlı və ballistik raket atılıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib.

Onun sözlərinə görə, bu raketlərdən 213 ədədi “İsgəndər” operativ-taktiki raketi, 61 ədədi “Toçka-U” əməliyyat-taktiki raketi, 235 ədədi dəniz və hava bazalı qanadlı raketlərdir, ümumilikdə 4 917 hava uçuşu həyata keçirilib.

İstinadlar Report