Rusiya və Azərbaycanın Maliyyə nazirlikləri birinci maliyyə dialoqunun nəticələrinə əsasən, büdcə sisteminin rentabelliyinin təhlili və proqnozlaşdırılması, dövlət borcunun idarə edilməsi, vergi siyasəti kimi əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən ediblər.
Bu barədə Rusiya Federasiyası Maliyyə Nazirliyinin saytı məlumat yayıb.
Bu gün Moskvada Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Azərbaycanın maliyyə naziri Samir Şərifov Rusiya-Azərbaycan maliyyə dialoqunun ilk iclasını keçiriblər.
“İclasda büdcə sisteminin gəlirliliyinin təhlili və proqnozlaşdırılması, dövlət borcunun idarə edilməsi, habelə vergi siyasəti kimi əməkdaşlığın genişləndirilməsi üçün perspektivli istiqamətlər müəyyən edilib”, – məlumatda deyilir.