
Rusiya ordusunun iyunun 10-na keçən gecə pilotsuz təyyarələrlə Ukraynanın Odessa vilayətinə hücumu zamanı 3 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.
Qeyd edilir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri düşmənin bütün hədəflərini məhv edib. Odessa üzərində bütün “Şahed-131/136” PUA-ları vurulub, lakin dağıntıların düşməsi nəticəsində çoxmərtəbəli binada yanğın baş verib.
“50 kvadratmetr ərazini əhatə edən yanğın dərhal söndürülüb. 3 mülki şəxs həlak olub, 10-dan çox insan yaralanıb”, – açıqlamada bildirilir.
Partlayış nəticəsində bir neçə yaşayış binasına ziyan dəydiyi qeyd edilir. Hazırda zərərçəkənlərlə bağlı yekun məlumat dəqiqləşdirilir.