AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • “Azərsu” rəhbərliyi Göygöldə vətəndaşları qəbul etdi – Fotolar
  • DOST Agentliyi növbəti beynəlxalq uğura imza atdı
  • KİV: “Melitopolda Rusiyanın zirehli qatarı partladılıb”
  • Xaçmazda oğul atasını süfrə başında öldürübmüş…
  • “Oğlumu hər gün ora çağırıb incidirdilər” – Etibar Əliyev ilk dəfə danışdı
  • HRW: “Rusiya hərbçiləri Ukraynada dinc sakinləri edam edib, qanunazidd əməllər törədib”
  • Ərdoğan NATO-nu tənqid edib
  • Ukrayna müdafiə naziri xarici ölkələrdən PUA və raket əleyhinə sistemlər istəyib
  • İdarə rəisi: “Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindiriləcək”
  • Almaniya hökuməti Putinin dostu olan keçmiş kansleri ofis və işçilərdən məhrum edəcək
  • “Oğlumu hər gün ora çağırıb incidirdilər” – Etibar Əliyev ilk dəfə danışdı
  • Ərdoğan NATO-nu tənqid edib
  • Ukrayna müdafiə naziri xarici ölkələrdən PUA və raket əleyhinə sistemlər istəyib
  • İdarə rəisi: “Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindiriləcək”
  • Almaniya hökuməti Putinin dostu olan keçmiş kansleri ofis və işçilərdən məhrum edəcək
  • Xalasının evinə oğru kimi girib pul və qızılları apardı
  • İrəvanda aksiyaya görə metro bağlandı
  • Belarusda terror aktı törətməyə hazırlıq görənlər edam olunacaq
  • Rusiya “S-500” zenit-raket komplekslərini silahlanmaya qəbul edib
  • Böyük Britaniya XİN başçısı: “Marşal planı”na ehtiyacımız var”
  • Daşnaksütun Partiyasının sədri İrəvanda saxlanılıb
  • AZAL 76 milyon manat zərər etdiyini açıqladı
  • İsrail ordusu terror törətməkdə şübhəli bilinən 14 fələstinlini saxlayıb
  • Baş Qərargah: “Rusiyanın canlı qüvvə itkilərinin sayı 28 300-ə yüksəlib”
  • İsveçlə Finlandiya üzvlük müraciətlərini Stoltenberqə təqdim etdi – Foto
  • 3 şəhid verən ailənin evi hələ də hazır deyil – Gəncə terrorundan 2 il keçsə də…
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Rusiya Ukraynanın Odessa şəhərini intensiv raket atəşinə tutub – VİDEO
07/05/2022 17:41
Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO
18/05/2022 01:21
“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO
17/05/2022 11:10
Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video
16/05/2022 17:17
Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO
16/05/2022 17:10
Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO
16/05/2022 17:05
FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video
15/05/2022 11:42
İlham Əliyev Türkiyədə – Video+
14/05/2022 22:54
İlham Əliyev Ərdoğanla görüşdü – Video+
14/05/2022 19:35
DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video
14/05/2022 18:07
İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video
14/05/2022 17:26
İlham Əliyev açılışda çıxış edir – Video+
14/05/2022 16:18
İlham Əliyev Türkiyədə – Canlı – VİDEO
14/05/2022 15:09
Metroda yanğın təlimi – Video+Foto
14/05/2022 12:06
İlk solo konsertində anşlaq yaşandı – Fotolar+Video
14/05/2022 11:09
Prezidentin Şuşada kövrəldiyi an – Video
13/05/2022 14:21
“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO
13/05/2022 12:32

Video xəbərlər

  • Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video
  • FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video
  • Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video
  • Gədəbəyə dolu düşüb, Şahdağa qar yağıb – Video
  • Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

22/05/2022
10:03 Bu gün Brüsseldə İlham Əliyev, Şarl Mişel və Paşinyanın görüşü olacaq
09:11 Ukraynanın Kiyev vilayətində öldürülən dinc sakinlərin sayı 1 300 nəfərə çatır
09:05 Bu gün qəbul imtahanı keçiriləcək
08:11 Polşa prezidenti Ukraynaya səfər edib
08:08 Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
07:17 Almaniyada “meymun çiçəyi”nə yoluxma artır
05:08 Ukraynada hərbi cinayətlərə görə 600-dən çox şübhəli şəxs müəyyən edilib
03:14 Zelenski: “Rusiya bütün resurslarını bizi məhv etməyə yönəldib”
01:35 Mariupolda epidemik fəlakət təhlükəsi yaranıb
00:32 Rusiya hərbçiləri Donetskə hücum edib, ölən və yaralananlar var
00:08 Hindistanda daşqınlarda ölənlərin sayı 14-ə çatıb
21/05/2022
23:40 Qurban Qurbanov və qızları – Foto
23:38 “Təyyarələrdən sonra biz də gələcəyik” – Bayraktar
22:05 Gürcüstanın din xadimləri Füzuli rayonuna səfər etdilər – Fotolar
22:03 ABŞ və Ukrayna müdafiə nazirləri Kiyevin hərbi ehtiyaclarını müzakirə edib
21:35 Şəkidə mikroavtobus məktəblini vurdu
20:57 “Qiyamət günü olduğunu düşündüm” – 3 yaşlı uşağı öldürüb azadlıqda qaldı
20:44 Avstraliyanın yeni baş naziri məlum olub
20:38 Yara sarğısında narkotik keçirmək istədi, yaxalandı
20:32 Qarsda Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi başladı – Fotolar
19:29 Kəlbəcər istiqamətində atəş səngimir – Daha bir məlumat
19:18 Səudiyyə Ərəbistanı vəliəhdi və Avstraliyanın General-Qubernatoru İlham Əliyevi təbrik etdilər
19:00 “Azərbaycan və Aİ arasında dialoqun inkişafına dəstəyimizi davam etdirəcəyik”
18:54 Qırğızıstan və Özbəkistan prezidentləri İlham Əliyevi təbrik etdilər
18:29 İsveç və Finlandiya rəhbərləri Ərdoğana zəng edib
18:26 Qaydaları pozan 25 sürücü barəsində protokol tərtib olundu
18:08 III qrupa qəbul imtahanındakı test tapşırıqlarının düzgün cavabları açıqlandı
17:43 Vaksinasiya olunanların sayı
17:41 Zelenski: “Yeni güclü müdafiə yardımı gözləyirik”
17:41 Bu gün koronavirusa bir nəfər yoluxub
17:18 Türkiyə və İsveç liderləri arasında telefon danışığı olub
17:13 Bu gün Bakının 503 küçəsi yuyuldu – Fotolar
17:02 Portuqaliyanın Baş naziri Ukraynanın İrpen şəhərində olub
16:57 Tbilisidə ictimai nəqliyyatda ər arvadının boğazını kəsdi
15:48 Marixuana çəkib avtomobil idarə edən sürücü saxlanıldı
15:35 İmtahan zamanı 6 nəfərdə telefon aşkarlandı – Nəticələri ləğv olundu
15:21 Bugünkü imtahanın nəticələrinin elan olunacağı vaxt açıqlandı
15:11 Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb
15:02 Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video
15:00 Səlim Müslümovun səhhəti pisləşdi, müalicə müəssisəsinə köçürüldü
14:59 Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
14:57 Nərimanovda mənzil yandı, 1 nəfər xilas edildi
14:05 İrəvan-Antalya təyyarə reysi açılır
13:52 Əcnəbi “TIR” sürücülərinin pulunu mənimsəyən şəxs tutuldu
13:49 Bazar günü hava necə olacaq?
13:39 Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilir
13:26 Əlilliyin qiymətləndirilməsi Qaydasında hansı yeni dəyişikliklər var?
13:21 “Açıq mikrofon” 5 rayonda olacaq
13:17 Ukrayna Yaponiyadan Rusiyanın dondurulmuş aktivlərini istəyib
13:02 Bayden: “Şimali Koreya lideri ilə görüşə hazıram”
12:55 Brüssel görüşündə nələr müzakirə olunacaq?
12:53 Paytaxtda növbəti ümumşəhər daxili iməcliyi keçirildi – Fotolar
12:47 Gürcüstanla sərhəddə 6 Azərbaycan vətəndaşı saxlanıldı – Foto
12:47 ABŞ və Cənubi Koreya KXDR-i danışıqlar masasına qayıtmağa çağırıb
12:41 Kommunikasiya Strategiyasının icrası ilə bağlı işçi qrupun görüşü keçirilib
12:39 “Müharibə başlayandan görüşməmişdik”
12:16 Tovuzda küçə iti azyaşlı qızla qadının üzünü parçaladı – Bakıya göndərildilər
12:05 MN: “Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub”
12:03 Üçtərəfli İşçi Qrupun iclası ilə bağlı daha bir açıqlama
11:57 FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Rusiya Ukraynanın Odessa şəhərini intensiv raket atəşinə tutub – VİDEO

Multimedia 07/05/2022 17:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Rusiya ordusu mayın 7-də gün ərzində Ukraynın Odessa şəhərini intensiv raket atəşinə tutub.

Hazırda şəhərin səmasını qara tüstü bürüyüb.

Raket atəşi davam edir.

Odessanın atəşə tutulmasının görüntülərini təqdim edirik.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO

Multimedia 18/05/2022 01:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş hadisədən gedir.

Ağır cinayət Atatürk prospektində yerləşən beşmərtəbəli binanın sakinlərinin  ”102″ xidmətinə məlumat verməsindən sonra açılıb.

Hadisə yerində ekspertlər araşdırma aparıblar və istintaq hərəkətləri zamanı 35 yaşlı Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər aşkar olunub. Meyit 14 gün mənzildə qaldığından hətta çürüməyə məruz qalıb.

Qonşuların sözlərinə görə, Şamil Əliyev bir neçə ildir ki, həmin ünvanda tək yaşayırmış.

Mərhumun qardaşı Murad Əliyev deyib ki, qardaşının yaşadığı mənzil ata evi olub. Qardaşlar arasında ailədaxili məsələyə görə münasibətləri soyuq imiş.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin Bakı şəhər sakini 33 yaşlı Emil Ağayev tərəfindən aprelin 23-də törədilməsinə əsaslı şübhələr müəyyən edilib və adıçəkilən şəxs cinayətdən 25 gün sonra saxlanıb.

Oxumağa dəyər:   BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb

Murad Əliyev deyib ki, ilkin məlumata görə, hadisəni törədən şəxslə qardaşı dost olub. Hətta bir həftə imiş ki, Emil Ağayev Şamil Əliyevin evində qalırmış.

Ərazidə çəkiliş aparılan zaman rayon prokurorluğunun əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Emil Ağayevi istintaq hərəkətləri aparmaq üçün həmin əraziyə gətiriblər. O, cinayəti törətdikdən sonra hansı istiqamətdə qaçdığını və digər əməlləri barədə müstəntiqə məlumat verib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda onun barəsində ”qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Multimedia 17/05/2022 11:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı Türkiyədə ixtisaslaşmış allerqoloq dr. Gülnar Quliyevadır. Müsahibimiz allergik xəstəliklərdən biri – bronxial astma haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış: Peşəkar allerqoloq Gülnar Quliyeva 2008-ci ildən həkim kimi fəaliyyət göstərir. 2018-ci ildə Türkiyə Respublikasının Ankara Universitetində allergiya və immunologiya, eləcə də ağciyər xəstəlikləri bölməsində ixtisaslaşma kursu keçib. Allergiya və ağciyər xəstəlikləri ilə bağlı bir çox yerli və beynəlxalq konfranslarda iştirak edib. O, Avropa Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin (EAACİ) üzvüdür. Allerqoloq Gülnar Quliyeva uşaqlarda və böyüklərdə allergik rinit, bronxial astma, dərman-qida-böcək allergiyası, kəskin və xroniki övrə xəstəliyi, atopik dermatit və ixtisası üzrə digər xəstəlikləri beynəlxalq protokollar əsasında peşəkarlıqla müalicə edir. Həmçinin dəri testi ilə allergiyanın 15 dəqiqəyə təyini və tənəffüs testi (spirometriya) kimi prosedurları da icra edir.

– Bronxial astma nədir və hansı səbəblərdən yaranır?

– Bronxial astma genetik yolla nəsildən-nəsilə ötürülən və müxtəlif xarici faktorların təsiri altında ortaya çıxan xroniki, allergik xəstəlikdir.  

– Hansı yaş qruplarında daha sıx rast gəlinir?

– Bu xəstəliyin yaşı yoxdur. Bronxial astma istənilən yaşda üzə çıxa bilər. Lakin böyüklərə nisbətən uşaqlarda iki dəfə daha çox rast gəlinir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də allergik xəstəliklər sürətlə artmaqdadır. Bu insanların həyat tərzinin dəyişməsi, “fast food” qidalarının artması, hava çirkliliyi kimi genlərə təsir edən halların çoxalması ilə bağlıdır. Astmanın üzə çıxmasında xarici faktorların mühüm rolu var.

– Bunlar hansı faktorlardır?

– Bura erkən uşaqlıq dövründə ardıcıl keçirilən infeksiyalar, antibiotik və ağrıkəsici dərmanların uzunmüddətli qəbulu, stres faktoru, hava çirkliliyi, siqaret də daxil olmaqla digər zərərli vərdişlər, hərəkətsizlik, piylənmə, kimyəvi məhsulların həyatımıza çox daxil olması kimi səbəblər daxildir.

– Yəni genetikasında bu xəstəlik olmayan şəxsdə heç vaxt bronxial astma yarana bilməz?

– Astma xəstəliyi irsi meyilliyi olan insanlarda daha çox rast gəlinir. Valideynlərdən biri allergikdirsə, üç uşaqdan birində, hər iki valideyndə allergiya varsa, üç uşaqdan ikisində yarana bilər. Daha çox genetika ilə bağlı olduğundan genetik xəstəlik sayılır. Lakin bu o demək deyil ki, genetikasında bronxial astma olmayan şəxsdə bu xəstəlik heç vaxt yarana bilməz. Digər insanlarda da xarici faktorların təsiri ilə üzə çıxması mümkündür. Məsələn, tənəffüs yollarının kimyəvi maddə və tozlara, buxarlara məruz qalması, siqaret çəkmək, keçirilən infeksiyalar tənəffüs yollarının ifrat  həssaslığına və nəticədə astma xəstəliyinin yaranmasına səbəb ola bilər.

Oxumağa dəyər:   Antiazərbaycan mövqeyilə tanınan erməni kinoprodüser saxlanıldı

– Öskürək müxtəlif səbəblərdən yarana bilər. Astma öskürəyinin hansı fərqi var?

– Bronxial astmanın əsas əlamətlərindən biri öskürəkdir. Bəzi pasiyentlərdə əsas simptom boğulma, astma tutması deyil, sırf öskürəkdir. Buna öskürək variantlı bronxial astma deyirik. Bəzən xəstə aylarla öskürəkdən əziyyət çəkir, amma astma olduğunu bilmir. Uzun müddət antibiotik, bitki tərkibli çaylar içir, lakin öskürəyi allergik mənşəli olduğundan nəticə vermir. Bizə qalaq-qalaq reseptlərlə müraciət edən pasiyentlər olur. Aldıqları müalicə yanlış olduğundan illərlə sağala bilməyiblər.

– Astma öskürəyinin hansı əlamətləri olur?

– Astma öskürəyi quru öskürəkdir. Ya bəlğəm olmur, ya da öskürək tutmasının sonunda xəstə qatı, yapışqan şəkilli bəlğəm ifraz edir. Öskürək daha çox gecə saatlarında və ya səhərə yaxın yaranır, xəstəni yuxudan oyadır. Parfüm, sprey, tozun təsiri ilə daha da şiddətlənir. Astmalı insanlar qrip, zökəm, soyuqdəyməni daha ağır keçirirlər. Çünki tənəffüs yollarında onsuz da allergiyadan yaranmış bir iltihab var. Virusa yoluxduğunuz zaman iki qat zədələnmə baş verir. Odur ki, sağalma müddəti uzun çəkir. Astma öskürəyinin bir xüsusiyyəti də fiziki aktivlik zamanı ağırlaşmasıdır. Məsələn, pilləkənləri çıxanda, qaçanda, güləndə, ağlayanda öskürək daha da kəskinləşir. Çünki sakit vaxtlarımızda nəfəs aldığımız zaman hava rütubətlənərək burun yollarından ağciyərimizə keçir. Ancaq fiziki aktivlik zamanı tez-tez nəfəs almalı oluruq. Bu halda tənəffüs yolları quruyur və əgər allergik fon da varsa, öskürək şiddətlənir. Unutmayaq ki, astmanı yalnız və yalnız allergiya əleyhinə dərmanlarla sağaltmaq olur. Digər dərmanların, o cümlədən antibiotiklərin, öskürək əleyhinə dərmanların, bəlğəmgətirici, bitki tərkibli siropların heç bir effekti olmur, əksinə, xəstəliyi daha da ağırlaşdırır.

Oxumağa dəyər:   Vaksinasiya ilə bağlı son statistika

– Bəzən valideynlər övladının astma olduğunu bilmir, özbaşına aptekdən öskürək əleyhinə dərmanlar alırlar. Bunun hansı fəsadları var?

– Heç bir effekti olmur, əksinə, xəstəliyi daha da ağırlaşdırır. Astma xəstəliyi zamanı immun sistemi hava ilə tənəffüs yollarına daxil olan ev tozu, kif göbələyi, bitki tozcuqları və s. maddələrə qarşı savaş açır və nəticədə bronxların selikli qışası allergiyadan iltihablanır, ödəm yaranır. Beləcə tənəffüs yolları daralır. Bu cür xəstələr həkim göstərişi olmadan bəlğəmgətirici, bitki tərkibli dərmanlar qəbul etdikdə bəlğəm ifrazı artır. Təsəvvür edin, dar bronx və bol bəlğəm. Bu vəziyyəti daha da ağırlaşdırır. Hətta bəzən boğulma və astma tutmasına da səbəb olur. Odur ki, əgər uşaqda 8 həftədən çox davam edən öskürək varsa, qrip, soyuqdəymə zamanı sinədə xırıltı, xışıltı yaranırsa, hərəkət edəndə öskürəyi artır və tez yorulursa, allerqoloqa müraciət etmək lazımdır. Adətən, belə pasiyentlərimizdə yanaşı allergik rinit xəstəliyinə xas əlamətlər də olur. Məsələn, burunla tənəffüsün pozulması, xüsusilə səhər oyandıqda asqırma, burundan selik ifrazı, burunda, gözdə qaşınma və s.

– Bronxial astmanın müalicəsi haqqında məlumat verərdiniz.

– Astma düzgün müalicə ilə çox asanlıqla nəzarət altına alınan xəstəlikdir. Yəni müasir dərmanların köməyi ilə bronxial astma olan bir xəstə tam sağlam insan kimi yaşaya bilər. Ağırlaşmış vəziyyətdə müraciət etmiş, bu gün isə tam sağlam halda həyatına davam edən çoxsaylı pasiyentlərim var. Nə öskürürlər, nə də təngnəfəslik və boğulma baş verir.

– Yəni astma tam sağalır… Bəs sağalmış şəxsdə yenidən təkrarlana bilərmi?

– Təəssüf ki, bəli. Bu, allergiyaya bağlı xəstəlikdir, allergiya isə orqanizmin genetik xüsusiyyətidir. Hələ ki müasir tibbdə allergiyanı genetik səviyyədə aradan qaldırmaq mümkün deyil. Odur ki, astmanın birdəfəlik, bir kursluq müalicəsi yoxdur. Bu xəstəliyin kəskinləşmə və remissiya, yəni sakitləşmə dövrü var. Biz beynəlxalq protokollar, düzgün müalicə ilə pasiyenti sağalda, uzunmüddətli remissiya əldə edə bilirik. Lakin əgər həyat tərzinə diqqət etməz, allergik təsirlərə uzun müddət məruz qalarsa, yenidən astma aktivləşə bilər. Əksinə, həkimin tövsiyələrinə əməl edərsə, bu xəstəlik təkrarlanmaya bilər. Hazırda etdiyim müalicə ilə astmadan sağalmış və 10-12 ildir heç bir şikayəti olmadan yaşayan pasiyentlərim var.

Oxumağa dəyər:   Putin Qərbi ittiham edib: "Baş verənlərin hamısı onların siyasəti ilə bağlıdır"

– Uşaqlarda sağalma prosesi fərqlidirmi?

– Bəli. Böyüklərə nisbətən azyaşlılarda daha çox effekt almaq olur. Məsələn, astmalı uşaqlar düzgün müalicə olunarsa, 90 faizi yetkinlik yaşına qədər sağala bilər.

– Astmadan sağalmış insan bu xəstəliyin təkrarlanmaması üçün nəyə diqqət etməlidir?

– Sağlam həyat tərzinə diqqət etməli, bədən çəkisinin normada olmasına çalışmalı, stresdən uzaqda durmalı, siqaret çəkməməli, hər hansı yanaşı xəstəliyi varsa, həmin xəstəliyə görə müalicə almalı, özünü allergen maddələrdən qorumalıdır. Çünki stres, təşviş və sinir sisteminin pozulması kimi hallar astmanın yenidən yaranmasına səbəb ola bilər. Əgər kimsə peşəsi ilə bağlı kimyəvi məhlullara məruz qalır, yaxud da tozlu bir məkanda çalışırsa, qoruyucu maskalardan istifadə etməli, otağın havasını tez-tez dəyişməli, özünü maksimum qorumağa çalışmalıdır. Yüngül bronxial astmalı xəstələr altı, orta ağırlıqlı olanlar üç aydan bir həkim müayinəsindən keçməlidir. Ağır astma xəstələri isə ayda bir dəfə qəbulumuzda olmalıdır. Xəstəliyin dərəcəsinə uyğun dərman növü və doza təyin edirik. Pasiyent həkim nəzarətində olmalıdır ki, doğru müalicə taktikasını seçək. Çünki yalnız düzgün müalicə və nizamlı həkim nəzarəti ilə bronxial astma xəstələri sağala bilir.

Qeyd: Dr. Gülnar Quliyeva peşəkar allerqoloq, astma və allergiya həkimi, ixtisası üzrə yüksək dərəcəli mütəxəssisdir. Maraqlananlar həkimlə 055-609-25-59 mobil nömrəsi vasitəsilə və “allerqoloq.gulnar.quliyeva” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər.










İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video

Multimedia 16/05/2022 17:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Zəngilan rayonu ərazisində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılır.Rayonun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi çərçivəsində kəndin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq müasir hava veriliş xətti çəkilir. 

Həyata keçirilən digər böyük layihə isə Zəngilanda tikintisi davam edən beynəlxalq hava limanının elektrik enerjisi ilə təchiz edilməsidir. Hava limanına ikidövrəli, 35 kV-luq, tam izoliyasiyalı elektrik xətti çəkilir. 

Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin mühafizə zonası (3-6 metr) mövcud xətlərə (30-40 metr) nisbətən 6-10 dəfəyə qədər azdır. 35 kV-luq mövcud naqillərdə texniki itkilər 9-12% olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə 3,5-4% təşkil edir. Şəbəkələrin saxlanma xərcləri 100%-dan 30%-a, illik mal-material sərfi 100%-dan 25%-a endirilir, xidmət müddəti 2 dəfə azalır. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətlərilə müqayisədə 60%-dək azdır. Planlı açılmalar (şəbəkələrə xidmət, təmir, profilaktik baxış və s.) müddəti mövcud xətlərə nisbətən 75% azdır.  Yüksək gərginlik xətlərinin bilavasitə altında və yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, ümumilikdə, sakinlərin yaşayış və fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qaldırılır.

Oxumağa dəyər:   Vaksinasiya ilə bağlı son statistika

Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir.

Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə: yeraltı, sualtı və hava ilə çəkilişi mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kV-luq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı işini də tam təmin edəcək.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO

Multimedia 16/05/2022 17:10
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Masallıda toyda Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə etdi: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. Bu gün isə Rəşad Dağlının üzr videosu yayıldı.

O, videoda deyir ki, qafiyənin uyğunsuzluğu, tələskənlikdən fikrini düzgün ifadə edə bilməyib. Bu da dindarların qəzəbinə tuş gəlib.

Doğrusu, dindarlar həmin qəzəbi harada ifadə ediblər, ondan xəbərim yoxdur, ola bilsin ki, birbaşa Rəşadın özü ilə danışıblar.

Narahatlıq doğuran məqam isə başqadır.

Bu öz yerində ki, qafqazlıların üzr istəmək problemi var, o cümlədən də bizim ölkə vətəndaşlarının. Bəzən üzrlə bitəcək xırda bir məsələ şişirdilir, ölümlə nəticələnir. Hər addımımızla kiminsə haqqına girdiyimiz bu dünyada üzr istəməkdən gözəl nə var ki? 

Lakin bir sənət adamının – Azərbaycanın ən tanınmış şəxslərindən olan Rəşad Dağlının qəribə səbəblə üzr istəməsi narahatlıq doğurur.

Axı Rəşad həmin cümlədə dinə aid zarafat, tənqid, təhqir etməyib!

Oradakı zarafat şəxslərlə bağlıdır, həm də zarafat öldürücü, təhqiramiz deyil. Bir tanınmış azərbaycanlı müasir İran ilahiyyatçı-siyasətçisi haqqında dediyi yüngül zarafata görə niyə xalq qarşısına çıxarılıb üzr istədilir? Axı burada nə din, nə peyğəmbər, nə ölkəmizdə həssas mövzulardan olan əhli-beytə nəsə deyilir!

Oxumağa dəyər:   Sexdən avtomobil qaçırıb qardaşına hədiyyə etdi

Niyə qonşu ölkənin keçmiş Prezidenti, müasir ilahiyyatçıları haqqında xırda zarafat edən sənət adamımız kütlə qabağında sındırlır?

Ona üzr istədənlər kimlərdir?

Həmin bənd deyiləndə, demək olar ki, toydakıların hamısı bu bəndə gülür, alqışlayırlar. Bəs, Rəşad Dağlının nəzərdə tutduğu “mömin qardaşlar” kimlərdir?

Seyyid Əzim Şirvanini məsciddə tapdalayıb öldürənlər hələdəmi yaşayırlar, sağdırlar?

Axı Azərbaycan şəriət qaydaları ilə idarə olunan bir ölkə deyil ki, onun sənət adamı da qonşu ölkənin ayətullahı haqqındakı xırda zarafatına görə üzr istədilsin…

Təbii, Xomeyni, Behcət sanballı şəxsiyyətlərdəndir. Ancaq onları İranda belə tənqid edənlər var. O da qaldı sekulyar ölkə olan Azərbaycanda. Ümumiyyətlə, o adamların həyat tərzi ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, nə qədər mütəvazi şəxslər olublar və əmin olun ki, dəfələrlə bu cür müdafiə olunduqları üçün narahatlıq ediblər. Tənqidə açıq olublar.

Sekulyar ölkə olan Azərbaycanda bu gün Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir tənqid olunursa, onları tənqid edənləri kimsə üzrə məcbur etmirsə, niyə qonşu İslam ölkəsinin analoji şəxsiyyətləri haqqında deyilən xırda zarafatın bədəli üzr videosu olmalıdır?

Oxumağa dəyər:   Putin Qərbi ittiham edib: "Baş verənlərin hamısı onların siyasəti ilə bağlıdır"

Belə olduğu halda xurafatı şişirdib gözümüzə soxanlar kimlərdir?

Niyə günü-gündən biz xurafat ölkəsinə çevrilirik?

Niyə dinin gözəl simasından pay almırıq, ancaq şişirdilmiş qadağaları yavaş-yavaş Azərbaycanın bağrına sancılır?

İran İslam ölkəsidir və burada xeyli şəriət qanunları mövcuddur. Bu, onların öz işidir, daxili prosesdir. Ancaq başqa bir ölkənin qanunları, ənənələri, mentaliteti bizim ölkəyə keçirsə, mətbəximizə daxil olursa, qanunlarımıza təsir edirsə, narahat olmalıyıq.

Ümumiyyətlə, adamları kütlə qarşısına çıxarıb üzr videosu çəkdirmək niyə dəbə çevrilir? Konstitusiyası, qanunu, cəza üsulları bəlli olan bir ölkədə kütlə qarşısında üzr videosu yaymağa məcbur edilmək qanunsuzluq deyilmi?

Yazının motivinə aid olmayan bir məqam da diqqətimi çəkdi; həmin qafiyəni Rəşadın qulağına Orxan Lökbatanlı deyir, bu məqamı növbəti bəndi deyən Rəhman Basılmaz da təsdiqləyir. Orxan isə bir müddət əvvəl “ləzgi-tatar” məsələsinə görə üzrə məcbur edilmişdi. Bu məqamın şərhini də sizə buraxıram.

Oxumağa dəyər:   Medvedev: "Rusiya Üçüncü Dünya Müharibəsinin başlamasına imkan verməyəcək"

Son məqam isə meyxananın hər gün bir az da dinin içinə girməsi və bu səbəbdən də sənət simasını itirməsidir.

Nə qədər ki, meyxananın fonunda din duracaq, o günə qədər də meyxana sənət olmaqdan uzaqda qalacaq. Çünki sənət azad, cürətli bir platformadır. Sərhədli, qadağalı mövzular sənətin bayrağı ola bilməz.

Meyxana tarixinin gəlmiş-keçmiş ən tanınmış, məşhur nümayəndəsi olan Rəşad da öz sənətini bu müstəvidə görür, sözünə görə üzr videosu paylaşırsa, meyxanadan yaxın əlli ildə nəsə gözləmək sadəlövhlükdür.

Sərdar Amin

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Multimedia 16/05/2022 17:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Masallıda toyda Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə etdi: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. Bu gün isə Rəşad Dağlının üzr videosu yayıldı.

O, videoda deyir ki, qafiyənin uyğunsuzluğu, tələskənlikdən fikrini düzgün ifadə edə bilməyib. Bu da dindarların qəzəbinə tuş gəlib.

Doğrusu, dindarlar həmin qəzəbi harada ifadə ediblər, ondan xəbərim yoxdur, ola bilsin ki, birbaşa Rəşadın özü ilə danışıblar.

Narahatlıq doğuran məqam isə başqadır.

Bu öz yerində ki, qafqazlıların üzr istəmək problemi var, o cümlədən də bizim ölkə vətəndaşlarının. Bəzən üzrlə bitəcək xırda bir məsələ şişirdilir, ölümlə nəticələnir. Hər addımımızla kiminsə haqqına girdiyimiz bu dünyada üzr istəməkdən gözəl nə var ki? 

Lakin bir sənət adamının – Azərbaycanın ən tanınmış şəxslərindən olan Rəşad Dağlının qəribə səbəblə üzr istəməsi narahatlıq doğurur.

Axı Rəşad həmin cümlədə dinə aid zarafat, tənqid, təhqir etməyib!

Oradakı zarafat şəxslərlə bağlıdır, həm də zarafat öldürücü, təhqiramiz deyil. Bir tanınmış azərbaycanlı müasir İran ilahiyyatçı-siyasətçisi haqqında dediyi yüngül zarafata görə niyə xalq qarşısına çıxarılıb üzr istədilir? Axı burada nə din, nə peyğəmbər, nə ölkəmizdə həssas mövzulardan olan əhli-beytə nəsə deyilir!

Oxumağa dəyər:   KİV: "Melitopolda Rusiyanın zirehli qatarı partladılıb"

Niyə qonşu ölkənin keçmiş Prezidenti, müasir ilahiyyatçıları haqqında xırda zarafat edən sənət adamımız kütlə qabağında sındırlır?

Ona üzr istədənlər kimlərdir?

Həmin bənd deyiləndə, demək olar ki, toydakıların hamısı bu bəndə gülür, alqışlayırlar. Bəs, Rəşad Dağlının nəzərdə tutduğu “mömin qardaşlar” kimlərdir?

Seyyid Əzim Şirvanini məsciddə tapdalayıb öldürənlər hələdəmi yaşayırlar, sağdırlar?

Axı Azərbaycan şəriət qaydaları ilə idarə olunan bir ölkə deyil ki, onun sənət adamı da qonşu ölkənin ayətullahı haqqındakı xırda zarafatına görə üzr istədilsin…

Təbii, Xomeyni, Behcət sanballı şəxsiyyətlərdəndir. Ancaq onları İranda belə tənqid edənlər var. O da qaldı sekulyar ölkə olan Azərbaycanda. Ümumiyyətlə, o adamların həyat tərzi ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, nə qədər mütəvazi şəxslər olublar və əmin olun ki, dəfələrlə bu cür müdafiə olunduqları üçün narahatlıq ediblər. Tənqidə açıq olublar.

Sekulyar ölkə olan Azərbaycanda bu gün Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir tənqid olunursa, onları tənqid edənləri kimsə üzrə məcbur etmirsə, niyə qonşu İslam ölkəsinin analoji şəxsiyyətləri haqqında deyilən xırda zarafatın bədəli üzr videosu olmalıdır?

Oxumağa dəyər:   Vaksinasiya ilə bağlı son statistika

Belə olduğu halda xurafatı şişirdib gözümüzə soxanlar kimlərdir?

Niyə günü-gündən biz xurafat ölkəsinə çevrilirik?

Niyə dinin gözəl simasından pay almırıq, ancaq şişirdilmiş qadağaları yavaş-yavaş Azərbaycanın bağrına sancılır?

İran İslam ölkəsidir və burada xeyli şəriət qanunları mövcuddur. Bu, onların öz işidir, daxili prosesdir. Ancaq başqa bir ölkənin qanunları, ənənələri, mentaliteti bizim ölkəyə keçirsə, mətbəximizə daxil olursa, qanunlarımıza təsir edirsə, narahat olmalıyıq.

Ümumiyyətlə, adamları kütlə qarşısına çıxarıb üzr videosu çəkdirmək niyə dəbə çevrilir? Konstitusiyası, qanunu, cəza üsulları bəlli olan bir ölkədə kütlə qarşısında üzr videosu yaymağa məcbur edilmək qanunsuzluq deyilmi?

Yazının motivinə aid olmayan bir məqam da diqqətimi çəkdi; həmin qafiyəni Rəşadın qulağına Orxan Lökbatanlı deyir, bu məqamı növbəti bəndi deyən Rəhman Basılmaz da təsdiqləyir. Orxan isə bir müddət əvvəl “ləzgi-tatar” məsələsinə görə üzrə məcbur edilmişdi. Bu məqamın şərhini də sizə buraxıram.

Oxumağa dəyər:   Niderland və Ukraynanın xarici işlər nazirləri silah tədarükünü müzakirə ediblər

Son məqam isə meyxananın hər gün bir az da dinin içinə girməsi və bu səbəbdən də sənət simasını itirməsidir.

Nə qədər ki, meyxananın fonunda din duracaq, o günə qədər də meyxana sənət olmaqdan uzaqda qalacaq. Çünki sənət azad, cürətli bir platformadır. Sərhədli, qadağalı mövzular sənətin bayrağı ola bilməz.

Meyxana tarixinin gəlmiş-keçmiş ən tanınmış, məşhur nümayəndəsi olan Rəşad da öz sənətini bu müstəvidə görür, sözünə görə üzr videosu paylaşırsa, meyxanadan yaxın əlli ildə nəsə gözləmək sadəlövhlükdür.

Sərdar Amin

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video

Multimedia 15/05/2022 11:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər, o cümlədən Qazax rayonunun Çaylı kəndində “Mersedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev Türkiyədə – Video+

Multimedia 14/05/2022 22:54
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

***

Dövlət başçıları Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.

***

Açılış mərasimi başladı.

***

İlham Əliyev açılışda çıxış edir.

***

Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xatirə hədiyyələri təqdim olunub.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Rize-Artvin Hava Limanının açılışını bildirən lent kəsilib.

***

Qeyd edək ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Rize şəhərinə 34, Artvin şəhərinə isə 125 kilometr məsafədə yerləşən bu aeroport Türkiyənin 58-ci hava limanıdır. Bu hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daşın tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb. Rize-Artvin Hava Limanının ildə təxminən 3 milyon sərnişinə xidmət edəcək.

Müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rize-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

Bu hava limanının dənizin doldurularaq inşa edilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rize-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensialdan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının inşası, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilməsi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində həyata keçirilən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

Xatırladaq ki, hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rize-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə daşımalar və turizm üçün böyük imkanlar yaradır.

Oxumağa dəyər:   ABŞ-da 5-11 yaş arası uşaqlar buster doza ilə peyvənd olunacaq

Hava limanının çay yarpağı şəklindəki giriş tağı və çay stəkanı formasındakı hava nəqliyyatına nəzarət qülləsi bölgənin yerli memarlıq üslubunda inşa olunub. Aeroportun əsas binasında türk çayının tanıdılacağı Çaykur muzeyi və kiçik çay fabriki də yaradılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı:

“Əziz və dəyərli qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan.

Əziz qardaşlarım, əziz dostlar.

Yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi-qəlbdən salamlayıram, Azərbaycandan hərarətli salamlar ifadə edirəm.

İlk növbədə, əziz qardaşım cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm və bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm.

Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır.

Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik – xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi.

İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq.

Oxumağa dəyər:   İspaniya səfiri Rusiya XİN-ə çağırılıb

Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir.

Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə – Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.

Əziz dostlar, əziz qardaşlar. Mən ilk dəfədir ki, Rizedəyəm. Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara!

Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir.

Əziz dostlar, qardaşlar, bacılar, sizi bu gözəl hadisə – hava limanının açılışı münasibətilə bir daha təbrik edirəm. Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı:

“Azərbaycan Prezidenti qardaşım hörmətli Əliyev. Milliyyətçi Hərəkat Partiyasının sədri hörmətli Dövlət Bağçalı, Böyük Birlik Partiyasının sədri hörmətli Mustafa Destici.

Hörmətli rizeli və artvinli həmyerlilərim, hörmətli qonaqlar.

Sizləri ən səmimi duyğularımla, məhəbbətlə salamlayıram.

Ölkəmizin qürurverici əsərləri arasında yer alan Rize-Artvin Hava Limanımızın şəhərlərimizə, bölgəmizə və millətimizə xeyirli olmasını diləyirəm.

Qardaşım Əliyevə, cənab Bağçalıya, cənab Desticiyə və digər qonaqlarımıza bu gözəl günümüzü bizlərlə bölüşdükləri üçün şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm.

Xalqa xidmət siyasətimizin son nümunəsi olan bu hava limanımız adi bir layihə deyil. Dünyada dəniz üzərində inşa edilən cəmi beş hava limanı var. Bunların açılışını etdiyimiz Rize-Artvinlə birlikdə ikisi ölkəmizdədir. Beləliklə, ölkəmizdəki hava limanlarının sayını 26-dan 58-ə çatdırdıq.

Oxumağa dəyər:   Antiazərbaycan mövqeyilə tanınan erməni kinoprodüser saxlanıldı

Prezident Rəcəb Tayyib Ərdoğan ötən illərdə Türkiyənin əsaslı və kompleks inkişaf yolu keçdiyini vurğuladı. Dövlət başçısı iqtisadiyyatın hərtərəfli inkişaf etdiyini, o cümlədən nəqliyyat sahəsinin köklü inkişafı üçün silsilə layihələrin reallaşdırıldığını bildirdi. Bu baxımdan istismara verilən yeni Rize-Artvin Hava Limanının da mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

Türkiyə Prezidenti çıxışında təhsil, səhiyyə, abadlaşdırma, yeni yaşıllıqların və istirahət ocaqlarının yaradılması üçün də çoxsaylı layihələrin həyata keçirildiyini qeyd etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə xalqın rifah halının daha da yaxşılaşdırılmasının maksimum diqqətdə saxlandığını və bu sahədə ardıcıl tədbirlərin reallaşdırıldığını vurğuladı. Ölkəsinin beynəlxalq səviyyədə də milli maraqlarını daim inamla müdafiə etdiyini bildirən dövlət başçısı dedi:

– Türkiyənin iki əsrlik demokratiya və inkişaf yolu öz tarixi, həm də bütün dost və qardaşları, bölgəsi üçün böyük bir uğur hekayəsidir. Bu, elə bir uğur hekayəsidir ki, özündə bizim mübarizə ruhumuzu ehtiva edir. İndi mən qarşımda sizi belə görürəm. Bunu Qarabağda sübut etdiniz. Bunu Liviyada sübut etdiniz. Əminəm ki, Qabarda, Cudidə, Tendürekdə, Beşlər dərəsində bütün terror təşkilatlarına qarşı sübut etdiniz.

Prezident Rəcəb Tayyib Ərdoğan hərtərəfli dövlət siyasəti sayəsində Türkiyənin inamla və qətiyyətlə irəlilədiyini, dünyanın ən güclü və beynəlxalq səviyyədə söz sahibi olan ölkələrindən birinə çevrildiyini vurğuladı. O, Türkiyənin bütün bölgələri kimi, Rize və Artvin bölgələrinin də kompleks inkişafı üçün ardıcıl tədbirlərin davam etdirildiyini söylədi. Yeni hava limanının açılışı münasibətilə bir daha təbriklərini çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan dedi:

– Bu duyğularla bir daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm. Hava limanımızın açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı bildirirəm. Sizləri sevgi və ehtiramla salamlayıram. Sağ olun”.

***

Mayın 14-də Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin yolasalma mərasimi olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısını yola salıb.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı çay süfrəsinə dəvət edib.

Çay süfrəsində Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri İsmayıl Qəhrəman iştirak edib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev Ərdoğanla görüşdü – Video+

Multimedia 14/05/2022 19:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 14-də Türkiyənin Rize şəhərində Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

***

Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb.

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün dəvətə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, Türkiyədə digər sahələrdə olduğu kimi, nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata keçirildiyini məmnunluqla qeyd edib və yeni hava limanının açılışı münasibətilə təbriklərini çatdırıb.

Dövlət başçıları energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə ediblər.

Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video

Multimedia 14/05/2022 18:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb.

Bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs, 15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 21 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılardan 11-i birbaşa olaraq Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Yeni Günəşli qəsəbələrində yerləşən evlərdən, mağazalardan, ödəmə terminallarından, kitabxanalarda silsilə oğurluqlar edən, habelə binalarda liftlərin əyləc dolaqlarını qarət edən 9 cinayətkar qrupun 14 nəfərdən ibarət üzvü saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 36 ev və obyektdən pul, qızıl-zinət, məişət və digər əşyalar oğurladıqları müəyyən edilib.

Oxumağa dəyər:   İdarə rəisi: "Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindiriləcək"

Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video

Multimedia 14/05/2022 17:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında çıxış edib.

“Qafqazinfo” Prezidentin çıxışının videosunu təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev açılışda çıxış edir – Video+

Multimedia 14/05/2022 16:18
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Rize-Artvin Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

***

Dövlət başçıları Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.

***

Açılış mərasimi başladı.

***

İlham Əliyev açılışda çıxış edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlham Əliyev Türkiyədə – Canlı – VİDEO

Multimedia 14/05/2022 15:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Metroda yanğın təlimi – Video+Foto

Multimedia 14/05/2022 12:06
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Bakı Metropoliteni”ndə yanğın-taktiki təlim keçirib.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, təlim “8 noyabr” metrostansiyasında baş tutub. Təlimin keçirilməsində əsas məqsəd yanğından mühafizə bölmələrinin döyüş hazırlığının, o cümlədən metroda baş verə biləcək yanğınlarla əlaqədar praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə metropolitenin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.

Təlim zamanı, əvvəlcə baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib, dərhal sonra metropoliten əməkdaşları tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə” başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Sonra təlimdə iştirak edən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Bakı  qarnizonunun Nəsimi, Binəqədi, Yasamal Rayon Yanğından Mühafizə hissələrinin və 1 saylı Xüsüsi Təyinatlı Yanğından Mühafizə Hissəsinin qüvvələri “yanğın” baş vermiş ünvana operativ qaydada gələrək “tüstülənmiş” zonada “köməksiz vəziyyətdə qalan insanların təxliyəsi” və şərti yanğının “söndürülməsi” əməliyyatını qısa müddətdə uğurla icra ediblər.

Oxumağa dəyər:   İdarə rəisi: "Paşinyan 44 günlük müharibə ilə bağlı istintaqda dindiriləcək"

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri hərəkətlər, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib.





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İlk solo konsertində anşlaq yaşandı – Fotolar+Video

Multimedia 14/05/2022 11:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 12-də respublika və beynəlxalq müsabiqələr laureatı, vokal ifaçısı Turan Səfərlinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilk solo konserti baş tutub.

Saleh Bağırovun aparıcısı olduğu konsertdə anşlaq yaşanıb.

Dirijorluğunu Xalq artisti Fəxrəddin Kərimovun etdiyi musiqi axşamında T. Səfərli Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini yüksək məharətlə ifa edib.

T. Səfərlinin “Çırpınırdı Qara dəniz” mahnısının sözlərini dəyişərək “Azərbaycan bayrağını Qarabağda asmışıq”, – deyə oxuması tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb. Onlar vokal ifaçısını ayaq üstə alqışlayıb.

Gecədə qonaq olan tarzən, Əməkdar artist Şəhriyar İmanov dünyaca məşhur “Pulse” əsərini ifa edib.

Tamaşaçılar arasında Müdafiə Nazirliyinin zabitləri, Vətən müharibəsi qaziləri, bir sıra səfirlik əməkdaşları, aparıcı Hacı Nuran Hüseynov və digərləri iştirak edib.

Konsertdə eyni zamanda Mərakeş Krallığının Bakıdakı səfirliyindən Tuger Fovzi öz xanımı ilə, Əlcəzair Xalq Demokratik respublikasınınn səfirinin xanımı Latifa Osmane və oğlu, Bakı Fransız Liseyinin Direktoru  Filip Cirot, liseydə çalışan fransız müəllimlər və digər səfirliklərin ailə üzvləri də iştirak edib.

Oxumağa dəyər:   BRİKS-ə üzv ölkələrin XİN başçılarının görüşü olacaq

Qeyd edək ki, hər zaman peşəkarlarla çalışan T. Səfərli bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, onun stili üzərində Elnur Həsənov çalışıb, səhnə libasını isə “BBAZE” geyim brendinin sahibi Brilliant Bəhmənova hazırlayıb.

 








İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin Şuşada kövrəldiyi an – Video

Multimedia 13/05/2022 14:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilib.

Tədbirdə Prezident İlham Əliyev kövrəlib.

Həmin görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO

Multimedia 13/05/2022 12:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın innovativ yağ markası olan “Möcüzə” 8 may Beynəlxalq Analar Günü münasibəti ilə Bakı və Gəncə şəhərlərində tədbirlər təşkil edib.  

İllərdir mətbəxdə anaların bir nömrəli köməkçisi olan markanın keçirdiyi tədbirlərin əsas məqsədi uşaqlarla anaların arasındakı emosiyaların ön plana çəkilməsi olub. Hər kəsə məlumdur ki, bütün analar övladlarının nələri sevdiyini, hansı yeməyi bəyəndiyini bilir, bəs övladlar necə? Məhz bu sualdan yola çıxaraq tədbir təşkilatçıları tərəfindən uşaqlara analarını nə qədər çox tanıdığını öyrənmək məqsədi ilə onlar haqqında suallar ünvanlandı və doğru cavab verən uşaqlara analarına təqdim etmələri üçün hədiyyələr verildi.

 Hər zaman xanımları diqqət mərkəzində saxlayan “Möcüzə” brendinin bu tədbiri keçirməkdə  məqsədi  bütün analara bir daha “Sən özün bir möcüzəsən, Anacan!” demək olub. Möhtəşəm tədbir maraqlı görüntünün fonunda , uşaqların səmimi sözləri və anaların xoşbəxtliyi ilə yaddaşlarda qalıb.

Çox maraqlı alınmış videonu izləmək üçün linkə keçid edin:

Oxumağa dəyər:   Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş başlayıb

 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 18/05/2022 01:21

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO

Read more
Multimedia 17/05/2022 11:10

“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Read more
Multimedia 16/05/2022 17:17

Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video

Read more
Multimedia 16/05/2022 17:10

Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO

Read more
Multimedia 16/05/2022 17:05

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Read more
Multimedia 15/05/2022 11:42

FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video

Read more
Multimedia 14/05/2022 22:54

İlham Əliyev Türkiyədə – Video+

Read more
Multimedia 14/05/2022 19:35

İlham Əliyev Ərdoğanla görüşdü – Video+

Read more
Multimedia 14/05/2022 18:07

DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video

Read more
Multimedia 14/05/2022 17:26

İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video

Read more
Multimedia 14/05/2022 16:18

İlham Əliyev açılışda çıxış edir – Video+

Read more
Multimedia 14/05/2022 15:09

İlham Əliyev Türkiyədə – Canlı – VİDEO

Read more
Multimedia 14/05/2022 12:06

Metroda yanğın təlimi – Video+Foto

Read more
Multimedia 14/05/2022 11:09

İlk solo konsertində anşlaq yaşandı – Fotolar+Video

Read more
Multimedia 13/05/2022 14:21

Prezidentin Şuşada kövrəldiyi an – Video

Read more
Multimedia 13/05/2022 12:32

“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO

Read more
Multimedia 12/05/2022 15:51

“Faşist şüarlarının səsləndirildiyi ölkədə necə yaşamaq olar?!” – Video

Read more
Multimedia 12/05/2022 12:45

Ötən sutka 7 nəfər xilas edilib – Video

Read more
Multimedia 12/05/2022 11:35

Su arxına yıxılan gənc belə xilas edildi – Video

Read more
Multimedia 12/05/2022 10:27

ASAN növbə sistemində yenilik – Video

Read more
Multimedia 12/05/2022 09:33

Rüşvət alarkən tutulan xəstəxana direktoru hakim qarşısına çıxarılır – VİDEO

Read more
Multimedia 12/05/2022 00:27

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? – Video

Read more
Multimedia 11/05/2022 13:32

İcra başçısı şəhid atalarını qəbul etməyib? – Açıqlama + Video

Read more
Multimedia 11/05/2022 11:48

“XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın nəticələri açıqlandı! – Fotolar+Video

Read more
Multimedia 10/05/2022 18:56

Fuad Axundov: “Ermənistanda nasizm olmazsa, daha müharibə də olmayacaq” – VİDEO

Read more
Multimedia 10/05/2022 15:11

DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət etdilər – VİDEO

Read more
Multimedia 10/05/2022 14:59

Ötən sutka 7 nəfər xilas edilib – Video

Read more
Multimedia 08/05/2022 13:44

Azərbaycan Ordusunun həftəlik fəaliyyəti ilə bağlı görüntülər yayılıb – VİDEO

Read more
Multimedia 07/05/2022 17:41

Rusiya Ukraynanın Odessa şəhərini intensiv raket atəşinə tutub – VİDEO

Read more
Multimedia 06/05/2022 16:39

Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir – VİDEO

Read more
Multimedia 05/05/2022 12:18

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib – VİDEO

Read more
Multimedia 27/04/2022 00:08

Bakıda bu meyvənin kilosu 80 manata satılır – Video

Read more
Multimedia 26/04/2022 23:17

Fitrə zəkatı nə qədər verilməlidir? – Video

Read more
Multimedia 26/04/2022 13:08

807 obyektdə qaz balonları yığışdırıldı – Video

Read more
Multimedia 25/04/2022 21:32

Azərbaycanın fəxrinin doğum günüdür – VİDEO

Read more
Multimedia 25/04/2022 20:59

12 yaşlı Nuray üçün 500 min manat toplandı – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla