Rusiya hərbçiləri Ukraynanın Xarkov və Kremençuk şəhərlərini atəşə tutub.

Məlumata görə, Xarkovun atəşə tutulması nəticəsində 3 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var. Bu rəqəmlərin ilkin məlumat olduğu deyilir.

Rusiya hərbçilərinin həmçinin Kremençuk şəhərində mindən çox insanın olduğu ticarət mərkəzinə raket zərbəsi nəticəsində onlarla insan yaralanıb.

İstinadlar Report