
Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin rəhbəri Aleksey Puşkov Atatürk hava limanında baş verən terror aktında həyatını itirənlərin yaxınlarına başsağlığı verib
Puşkov Tvitter hesabında bu sözləri yazıb:
“Bütün dünyadakı terror hücumlarının qurbanları günahsız insanlardır. İstanbul, Brüssel və Paris terrorunda həyatını itirənlərin yaxınlarına başsağlığı veririk”.
Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramzan Kadırov da İstanbulda baş verən terror aktını qınayıb: “Terrorçular kimliyindən asılı olmayaraq, öz cəzasına çatmalıdır. Onların əsl məqsədi qan tökmək, qorxutmaqdır. İstanbul terrorunda həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı, yaralananlara isə şəfa diləyirəm”.