Rusiya Türkiyə ilə müntəzəm və çarter reyslərini məhdudlaşdırır.

Bu barədə Rusiya Federasiyası hökuməti başçının müavini Tatyana Qolikova bildirib.

COVID-19-un yayılması ilə mübarizə çərçivəsində qəbul edilmiş məhdudlaşdırma tədbiri aprelin 15-dən iyunun 1-dək qüvvədə olacaq.

“Bu il aprelin 15-dən iyunun 1-dək Rusiyanın beynəlxalq hava limanlarından Türkiyə Respublikasının hava limanlarına və əks istiqamətə müntəzəm və çarter uçuşlarının məhdudlaşdırılması barədə qərar qəbul verdik”, – Qolikova deyib.

Onun sözlərinə görə, Akkuyu AES-in “Titan-2” konserninin tikintisində iştirak edən Rusiya vətəndaşlarının Vətənə qayıtması üçün uçuşlar istisna təşkil edir.

Bundan başqa, həftədə iki dəfə qarşılıqlı əsasda Moskva-İstanbul və İstanbul-Moskva reysləri həyata keçiriləcək.

Qolikova həmçinin Tanzaniya ilə uçuşların dayandırıldığını bildirib.

İstinadlar Report