Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyir.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, nazirlər yaxın gələcəkdə “3+3” formatında növbəti görüşə hazırlaşmaq barədə razılığa gəliblər: “Onlar ilk belə görüşü müsbət qiymətləndiriblər. Növbəti görüşün Bakıda keçirilməsi planlaşdırılıb”, – deyə, məlumatda bildirilib.