Böyük Britaniya yeni Arktika strategiyası çərçivəsində Norveçdə 800 dəniz piyada və xüsusi təyinatlısı yerləşdirəcək

Bu barədə Böyük Britaniyanın Müdafiə naziri Qevin Uilyamson danışıb.

Məlumata görə, Britaniyanın sözügedən addımına səbəb bölgədə rus sualtı qayıqlarının aktivləşməsi olub.

“Biz Rusiya sualtı qayıqlarının Soyuq müharibə illərindəkinə çox yaxın şəkildə aktivləşməsini görürük. Bizim məsələyə müdaxilə etməyə başlamamız çox doğru olacaq”, – nazir bildirib.

İstinadlar Axar