Azərbaycan və İranla sərhəd olan Zəngəzur (Sünik) vilayətində Rusiyanın 102-ci bazasının iki dayaq məntəqəsi yaradılıb.

Bunu Ermənistan parlamentində çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib.

O, bunun təkcə Zəngəzur vilayətinin yox, həm də bütün Ermənistanın təhlükəsizliyinin təminatı üçün əlavə zəmanət olduğunu bildirib.

Paşinyan Rusiya hərbi bazasının hansı beynəlxalq razılaşma əsasında genişləndirildiyini açıqlamayıb.