Suriya hava hücumundan müdafiəni sovet istehsalı silahlar hesabına təmin edib.

Bu barədə Rusiyanın Müdafiə Nazirliyi informasiya yayıb.

Suriya ordusu Qərbin hücumunun qarşısı alınarkən 30 il bundan əvvəl SSRİ-də istehsal edilmiş S-125, S-200, “Buk” və “Kvadrat” hava hücumundan müdafiə sistemlərindən istifadə edib.

“Rusiyanın bu ölkədə yerləşdirilən HHM sistemlərindən (S-400-lər) istifadə edilməyib”, – açıqlamada bildirilib.

Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi müttəfiq qüvvələrin 100-dən çox qanadlı raket atdığını, bunların əsas hissəsinin Suriya HHM qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

İstinadlar axar.az