“Qarabağda müşahidə olunan müsbət tendensiyalar Dağlıq Qarabağ nizamlanmasında Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Dağlıq Qarabağda həftə ərzində vəziyyət sabitləşməyə davam edib. Atəşkəsin pozulması və Rusiya sülhməramlı kontingentinə qarşı təxribat qeydə alınmayıb. Üçtərəfli Bəyanatın əsas müddəalarının icrasını heç bir ciddi insident olmadan təmin etmək mümkündür. Qeyd olunan müsbət tendensiyalar Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən təsdiqlənən xəttin düzgünlüyünün sübutudur. Hazırda tərəflər üçtərəfli bəyanatın müddəalarını praktikada tam şəkildə həyata keçirirlər”, -deyə XİN rəsmisi qeyd edib.

Zaxarova bildirib ki, 9 noyabr bəyanatından irəli gələn məsələlərin hamısı Rusiya rəhbərliyinin diqqət mərkəzində qalır.

İstinadlar Qafqazinfo