AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Aİ Cənubi Qafqaz nümayəndəsinin səlahiyyət müddəti ilə bağlı qərar verdi
  • BMT-nin binası önündə Xocalıya həsr olunmuş sərgi təşkil edilib
  • Britaniyada bir gündə 345 nəfər pandemiyanın qurbanı oldu
  • Azərbaycan Baş Prokuroru: Arayik həbs olunacaq
  • Gədəbəydə atı ağacdan asıblar
  • BMT Təhlükəsizlik Şurası vaksinasiya ilə bağlı qərar qəbul etdi
  • Nazirlər Kabineti kəndli təsərrüfatları ilə bağlı bu qərarda dəyişiklik etdi
  • MN: Elxan İbrahimov vəzifəsinin icrasını davam etdirir
  • BMT Myanmanın hərbi hakimiyyətini tanımamağa çağırdı
  • Müdafiə Nazirliyindən daha bir vəzifəli uzaqlaşdırıldı
  • Aİ Cənubi Qafqaz nümayəndəsinin səlahiyyət müddəti ilə bağlı qərar verdi
  • BMT-nin binası önündə Xocalıya həsr olunmuş sərgi təşkil edilib
  • Azərbaycan Baş Prokuroru: Arayik həbs olunacaq
  • Gədəbəydə atı ağacdan asıblar
  • Nazirlər Kabineti kəndli təsərrüfatları ilə bağlı bu qərarda dəyişiklik etdi
  • MN: Elxan İbrahimov vəzifəsinin icrasını davam etdirir
  • Müdafiə Nazirliyindən daha bir vəzifəli uzaqlaşdırıldı
  • Ermənistan prezidenti Onik Qasparyanla görüşüb
  • Şuşada bir dəqiqəlik sükut… – Video
  • Sarkisyan müxalifət nümayəndələri ilə görüşdü
  • Şəhid ailələrinə verilən binadan reportaj – Video
  • Arayik Arutyunyanı İrəvanda döydülər
  • “www.khojalytoday.com” saytı təqdim edildi – Fotolar
  • “Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video
  • Ermənistanın prezident administrasiyası müxalifəti təkzib edib
  • Avropa İttifaqı ilk dəfə hərbi konsepsiya qəbul edəcək
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Rusiya səhra şəraiti üçün Azərbaycana 15 mobil konteyner göndərdi – Video
12/01/2021 11:01
Şuşada bir dəqiqəlik sükut… – Video
26/02/2021 19:42
Şəhid ailələrinə verilən binadan reportaj – Video
26/02/2021 18:37
“Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video
26/02/2021 17:57
Xocalı soyqırımına həsr olunan “13” filmi təqdim edildi – VİDEO
26/02/2021 15:47
Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirilib – VİDEO
26/02/2021 14:00
Bakıda 1000 manata tapança satmaq istədi – Video
26/02/2021 12:29
İmamyarın musiqi əsəri Kaliforniyada təqdim olundu – Video
26/02/2021 10:57
Xocalı faciəsi günü 2 yaşı tamam olan şəhid Tural – Video
26/02/2021 09:38
Rusiya qırıcıları Yerevan səmasında uçuş edib – VİDEO
25/02/2021 15:47
“Həmin görüntülər Qubada çəkilməyib” – Video
25/02/2021 14:27
Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır – Video
25/02/2021 14:12
Dünənki havada 25 yanğına çağırış olub – Video
25/02/2021 12:02
Keçmiş məhkum üzərində avtomatla saxlanıldı – VİDEO
25/02/2021 11:57
Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO
25/02/2021 10:02
CBC TV-nin avtomobili aşdı – Video
24/02/2021 20:27
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi… – Video
24/02/2021 17:37

Video xəbərlər

  • Şuşada bir dəqiqəlik sükut… – Video
  • Şəhid ailələrinə verilən binadan reportaj – Video
  • “Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video
  • Xocalı soyqırımına həsr olunan “13” filmi təqdim edildi – VİDEO
  • Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirilib – VİDEO

Sorğu

Azərbaycanda 2020-ci ilin adamı kim olsun?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

26/02/2021
22:27 Aİ Cənubi Qafqaz nümayəndəsinin səlahiyyət müddəti ilə bağlı qərar verdi
22:19 BMT-nin binası önündə Xocalıya həsr olunmuş sərgi təşkil edilib
22:14 Britaniyada bir gündə 345 nəfər pandemiyanın qurbanı oldu
22:14 Azərbaycan Baş Prokuroru: Arayik həbs olunacaq
22:10 Gədəbəydə atı ağacdan asıblar
21:47 BMT Təhlükəsizlik Şurası vaksinasiya ilə bağlı qərar qəbul etdi
21:17 Nazirlər Kabineti kəndli təsərrüfatları ilə bağlı bu qərarda dəyişiklik etdi
21:07 MN: Elxan İbrahimov vəzifəsinin icrasını davam etdirir
20:47 BMT Myanmanın hərbi hakimiyyətini tanımamağa çağırdı
20:30 Müdafiə Nazirliyindən daha bir vəzifəli uzaqlaşdırıldı
20:02 31 yaşlı kişi faciəli şəkildə öldü
19:57 Ermənistan prezidenti Onik Qasparyanla görüşüb
19:42 Şuşada bir dəqiqəlik sükut… – Video
19:02 Estoniyada quş qripi aşkarlandı, Azərbaycana idxal dayandırıldı
18:47 Sarkisyan müxalifət nümayəndələri ilə görüşdü
18:42 Koronavirusun Uhanda başqa bir bazarda ortaya çıxdığı ehtimal olunur
18:37 Şəhid ailələrinə verilən binadan reportaj – Video
18:02 Arayik Arutyunyanı İrəvanda döydülər
18:00 “www.khojalytoday.com” saytı təqdim edildi – Fotolar
17:57 “Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video
17:52 Ermənistanın prezident administrasiyası müxalifəti təkzib edib
17:47 Rübabə Muradovanın qızı vəfat etdi
17:42 Avropa İttifaqı ilk dəfə hərbi konsepsiya qəbul edəcək
17:12 Ermənistana 1374 hərbçinin cəsədi təhvil verilib – Rusiya XİN
17:07 Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
17:02 Ukrayna səfirliyi Xocalı faciəsi ilə əlaqədar başsağlığı verib
16:47 Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi
16:45 İlham Əliyev Ərdoğana zəng etdi
16:22 Qabaqcıl “HUAWEI P40” smartfonunun sadə versiyası təqdim edilib
16:17 Ərdoğan: “Ermənistanda hərbçilərin çevrilişə cəhd etməsi qəbuledilməzdir”
15:57 Rəsmi Moskvadan İşçi Qrupunun iclası ilə bağlı açıqlama
15:50 Azərbaycanda virusa yoluxma rəqəmləri – 26 fevral
15:47 Xocalı soyqırımına həsr olunan “13” filmi təqdim edildi – VİDEO
15:42 Təbiətə 2 min manatdan çox ziyan vurdu
15:37 Zamir İsayev: “Azərbaycan xalqının faciəsi Azərbaycan yəhudilərinin də faciəsidir”
15:27 İlham Əliyev: “Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək axmaqlıqdır”
15:23 Sumqayıtda iki şəhidin xatirəsi əbədiləşdirilib
15:19 Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib
15:12 İlham Əliyev: “Qarabağın bərpasından başqa önəmli bir işimiz qalmadı”
15:05 İlham Əliyev Nəcməddinin qovulması haqda
15:01 Seulda “Xocalıya ədalət” bannerləri yerləşdirildi – Fotolar
14:57 “Bu ölkələrə yox demək asan məsələ deyildi”
14:52 “Xocalıya Ədalət!” kampaniyası Berlin küçələrində – Fotolar
14:51 “Jurnalistlər gileylənirdi ki, nədən Prezident mətbuat konfransı təşkil etmir?”
14:50 Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağaclar əkildi – Fotolar
14:48 “Putinə dedim ki, belə davam etsə, İrəvanı vuracağıq” – Əliyev
14:47 Kreml: Qarabağ razılaşması üçün təhlükə görünmür
14:46 Prezident: “Dəyəri 10 milyard dollardan çox olan layihələrdə türk şirkətləri iştirak ediblər”
14:43 İlham Əliyev: “Bəlkə eyni sözləri min dəfə deyirdim ki, o adamların beyninə girsin”
14:38 Prezident hərbçilərin maaşı məsələsini nəzarətə götürdü – Tezliklə həll olunacaq
14:38 Vaşinqtonun küçələrində Xocalı ilə bağlı lövhələr – Fotolar
14:35 “5G” texnologiyası üçün məlumatların ötürülməsi üzrə yeni prinsip işlənib hazırlanıb
14:33 Qazaxıstan səfirliyi Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib
14:29 Erkan Özoral: “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir”
14:27 “Kim yeni qaydalarla şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək”
14:22 “Rusiya Prezidenti bu sənədin qarantı kimi çıxış edir”
14:17 İşçi qrupunun növbəti iclası sabaha planlaşdırılıb
14:11 Prezident: “Təzminatın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə iddialar qaldırılacaq”
14:07 Prezident: “Ermənistanda hakimiyyətə kim gəlirsə, gəlsin, bəyanat pozularsa, çox pis olacaq”
14:00 Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirilib – VİDEO

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Rusiya səhra şəraiti üçün Azərbaycana 15 mobil konteyner göndərdi – Video

Multimedia 12/01/2021 11:01
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Formalaşmış ikitərəfli sıx əməkdaşlıq münasibətləri çərçivəsində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycan Fövqəladə Hallar Nazirliyinə səhra şəraitində istifadə üçün nəzərdə tutulan 15 ədəd mobil konteyner göndərilib.

Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinə çatdırılmış konteynerlərdən 10 ədədi yaşayış, 5 ədədi isə ofis kimi istifadə üçün nəzərdə tutulub.

Konteynerlərdə yaşayış və iş fəaliyyəti üçün müvafiq şərait yaradılıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşada bir dəqiqəlik sükut… – Video

Multimedia 26/02/2021 19:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bunu əks etdirən görüntülər Daxili İşlər Nazirliyinin feysbuk hesabında paylaşılıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhid ailələrinə verilən binadan reportaj – Video

Multimedia 26/02/2021 18:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Həyat yoldaşım Mətləb Ağayev 1992-ci ildə şəhid olanda uşaqlarımın biri 1 yaş iki aylıq, o biri də 2 yaş yarımlıq idi. Çox çətinliklə, əzab-əziyyətlə, kirayələrdə onları böyütmüşəm. Prezidentimiz bu evi bizə təqdim elədi. Artıq o çətinliklər arxada qaldı…”

Bunu ötən gün Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa olunan yaşayış kompleksində mənzillə təmin olunan şəhidin xanımı Bəhliyə Ağayeva bildirib. 

Onun sözlərinə görə, 2015-ci ildən ev növbəsinə dayanıb. Səbirsizliklə, həsrətlə bu evin alınmasını gözləyib. Nəhayət ki, 15-ci binanın 5-ci mərtəbəsindən ona 3 otaqlı mənzil verilib:

“Ev veriləcəyi ilə bağlı xəbər bizə gəlib çatanda ailəmiz böyük sevinc hissi keçirdi. Ev çox yaxşıdır, təmirlidir, ailəmizin çox xoşu gəldi, hər şeydən razıyıq. İki oğlum var idi, təəssüf ki, oğlumun biri 3 ay əvvəl rəhmətə gedib, o da bu evi səbirsizliklə gözləyirdi, ona qismət olmadı. Amma balaca nəvəm var, o bu evdə böyüyəcək. Atasının da, oğlunun da ruhu şad olsun. Bütün şəhid ailələri adından minnətdarlığımı bildiririəm”. 

Oxumağa dəyər:   İlham Əliyev Ərdoğana zəng etdi

Bəhliyə xanıma açarlar təqdim olunan gün mənzillə tanış olsa da, yenə də əvvəlki sevinclə otaqları gəzir, həvəslə bizi mənzillə tanış edir. 

Vətən müharibəsi şəhidi Əmir Kazımovun atası İlham Kazımova da yeni kompleksin 4-cü mərtəbəsindən 3 otaqlı mənzil verilib:

“İkinci Qarabağ müharibəsi başlayanda – sentyabrın 29-u oğlum Əmir müharibəyə çağırılıb və cəbhəyə yollanıb. Oktyabrın 10-u şəhid olub, neytral ərazidə qaldığına görə 52 gündən sonra nəşini götürüb dəfn eləmişik. 

…Ev almağı gözləmirdim, bunlar hamısı qəfildən baş verdi. Fevralın 9-u Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən zəng gəldi və mən nazirliyə dəvət olundum. Sonra sənədlərimizi toplayıb İcra Hakimiyyətinə təqdim elədim. Üzərindən iki həftə keçmədi ki, cənab Prezident şəxsən bu mənzili mənə təqdim elədi”.

Şəhidin atası deyir ki, ailəsiylə çətin şəraitdə və kiçik mənzildə yaşayıb. Hazırda onlara təqdim olunan 3 otaqlı mənzilin hər bir şəraiti var. 

Oxumağa dəyər:   ABŞ İranın Suriyadakı hərbi obyektlərinə aviazərbələr endirdi

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimovun sözlərinə görə, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzərdə tutulandan 3 dəfə artıq – 626 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil və fərdi evlər təqdim olunub.

Növbəti ildə bundan 50 faiz daha artıq, yəni 934 mənzil və fərdi evin təqdimatı həyata keçirilib. Ötən il isə indiyə qədərki saylarla müqayisədə rekord sayda 1572 mənzil və fərdi evin təqdimatı olub: 

“2021-ci ilə gəldikdə isə Prezidentin 25 yanvar 2021-ci il tarixli sərəncamıyla 2014-2019-cu illərdə uçota alınan şəxslər, eyni zamanda 2020-ci ildə hərbi əməliyyatlar zamanı şəhid olanların ailələri və müharibə əlilləri 5 il müddətinə mənzil və fərdi evlərlə təmin olunacaqlar. Bu proses mərhələli şəkildə həyata keçiriləcək və 2021-25-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili – bu kateqoriyadan olan şəxslər evlə təmin olunacaq. 2021-ci ildə isə 3 mindən çox mənzil və fərdi evin sahibinə açarların təqdim olunması prosesi nəzərdə tutulub və Prezidentin göstərişi əsasında bu proses həyata keçiriləcək”. 

Oxumağa dəyər:   "Orada asdığımız plakat Ermənistanda qıcıq doğurur"

Qeyd edək ki, Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlilləri üçün doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Ötən gün Prezident İlham Əliyev kompleksdə şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. 

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal




InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video

Multimedia 26/02/2021 17:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Əl-ayağı məftillə bağlı olan, başı kəsilən insanlar görmüşəm. Heç kim insan öləndən sonra onun başının dərisini soymur. Bunu ancaq ermənilər edə bilərdilər. Ona görə də mən ancaq erməninin vəhşiliyini görmüşəm”.

Xocalı sakini Şükür Adilovun Xocalı faciəsiylə bağlı xatırladıqları bunlardan ibarətdir. 1963- cü il təvəllüdlü Ş. Adilov Ağcabədi rayonu Sarıcallı kəndində doğulsa da, 20 il Xocalı polis şöbəsində çalışıb. Ona görə də ailə üzvləriyə birgə Xocalı rayonunda qeydiyyatdadır. Ən kiçik oğlu Ceyhun Mustafazadə isə 44 günlük Vətən müharibəsində şəhid olub. 

“Qafqazinfo” şəhidin ailəsinin məskunlaşdığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi 258 saylı uşaq bağçasında olub və onun ailə üzvləriylə söhbətləşib.

Reportaj zamanı Xocalı hadisələrini bir daha xatırlayan müsahibimiz bildirir ki, həmin vaxt həvəskar fotoqraf kimi faliyyət göstərib:

“Xocalıdan meyitləri yığan yerdə Çingiz Mustafayevin çəkdiyi bir-iki lentdə də düşmüşəm. Ermənilər meyitin qolunu-qıçını kəsirdilər, başına mismar vururdular. O zaman həmin kadrları çəkmişdim, daha sonra həmin şəkilləri muzeyə təhvil verdim. Xocalı Polis Şöbəsinə də verdiyim şəkillər var idi. Bəziləri də Ağcabədidə kənddə evimizdə qalır. 

Həmin hadisələrdən sonra 1 il özümə gəlmədim. Orada gördüyüm ən incə detallları dilimə gətirə bilmirəm. Yadıma düşdükcə yenidən eyni dəhşəti yaşayıram. Həm də ki, gözlə gördüyüm çox şeyi dilə gətirmək olmur.  Bu cür yaşanan hadisələr oğlum Ceyhuna da təsir etmişdi. O, xalqımıza qarşı edilən bu haqsızlıqlarla barışa bilməzdi və bilmədi də. Həm də torpaqlarımızın işğalda olmasıyla barışmırdı. Özü texnologiya müəllimi olsa da, hərbi xidmətdən sonra öz fəaliyyətini MAXE kimi davam etdirdi.

Oxumağa dəyər:   Azərbaycan Prezidenti: "Biz bütün hərbi əsirləri qaytarmışıq"

Özüm birinci Qarabağ müharibəsi veteranıyam, travma almışam. Bir var hadisələri qıraqdan görüb eşidəsən, bir də var hadisələri görən biriylə eyni evdə yaşayasan. Mən ayın yarısından çoxunu döyüş bölgəsində olurdum. Bizim işimiz hərbçilərlə birgə xidmət aparmaq idi. 25-dən 26-na keçən gecə orada olmamışam. Silah gətirməyə getmişdik. Qohumlarımızın hamısı Xocalıda qalmışdı. Onların içərisində şəhid olanlar da oldu.  Hadisədən sonra Xocalıya qayıtdıq. Yaralıları xəstəxanaya gətirdik. Qarlı-qadalı günlər idi. Ölüm həddindən artıq çox idi. Yaralıların da sayı xeyli idi. Onları Ağdam xəstəxanasına daşıyırdıq. Çətin günlər idi. Orada qalanların çoxu əsir düşdü. Çox çətinliklə yolda ölənlər oldu. Yaxın qohumlarımdan-həyat yoldaşımın əmisi və əmisi oğlu orada girov qaldı. Əmioğlunun fevralın 25-də 25 yaşı tamam olmuşdu… Elə həmin gündən də  itkin sayılır”. 

A. Şükürovun şəhid oğlu 1997-ci il təvəllüdlü Ceyhun Mustafazadə hərbi xidməti kəşfiyyatçı kimi başa vurub. Əsgərlikdə olan zaman Naxçıvanın Günnüt kəndinin alınması əməliyyatında iştirak edib.  

Şəhidin atası bildirib ki, Günnüt əməliyyatındakı şücaətinə görə Müdafiə naziri ona qol saatı hədiyyə edib: “Bir neçə dəfə fəxri fərmanlarla təltif edilib. Həm istehkamçı, həm kəşfiyyatçı, həm də snayper idi. MAXE kimi ötən ilin yanvarında Tərtər rayonunda xidmətə başladı. Sonuncu dəfə sentyabrın 25-də bir yerdə olduq. Vəziyyətin çətinləşdiyini bilirdik. Hiss edirdik ki, nəsə baş verəcək. Ancaq müharibənin başlamasından xəbərimiz yox idi. Bizə ürək-dirək verdi ki, ondan gec xəbər alsaq, narahat olmayaq. 27-si müharibə başladı. Həmin gündən döyüşlərə kəşfiyyatçı kimi başlayıb. O Mübariz postunun, Talış kəndinin, Suqovuşanın alınmasında, Murov dağı istiqamətində gedən döyüşlərin hamısında iştirak edib. Oktyabrın 10-u saat 10:30-da yaralanıb. Oktyabrın 12-də Ağcabədi rayonunun Sarıcallı kəndində dəfn edilib. 

Oxumağa dəyər:   Bakıda bina yanır

Kəşfiyyatçı olduğu üçün düşmən tərəfdə yaralanıb. Özü sürünərək bu tərəfə keçib, komandirlərə məlumat verib və onu gəlib döyüş bölgəsindən çıxarıblar. Onu Gəncə hospitalına gətiriblər və orada da dünyasını dəyişib. 

Ən yaxın döyüş yoldaşları da şəhid olub. Bir neçəsi isə qazidir. Yanvarın 27-də Ceyhunun ad günü idi. Onu məzarlıqda ziyarətə gəlmişdilər. Yoldaşları deyir ki, Ceyhunu snayperlə vurmaq mümkün deyildi. O, çox cəld biri idi. Müharibənin bütün sirlərini bilirdi. “Vətən uğrunda”, Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Uşaqlıq albomunda şəkillərinin çoxunda əlində silah var. Ceyhun əslən xocalılı olmasa da, özünü bir xocalılı kimi hiss edirdi. Bu barədə keçirilən bütün tədbirlərdə iştirak edirdi. Haqsızlıqla razılaşmayan bir insan idi. O, hadisələrə yerində reaksiya verməyi xoşlayırdı. Ona görə də Xocalı hadisəsiylə heç cür barışa bilməzdi. Gedən müharibə göstərdi ki, vətənimiz etibarlı əllərdədir”.

Oxumağa dəyər:   Sumqayıtda iki şəhidin xatirəsi əbədiləşdirilib

Şəhid C. Mustafazadə iki il yarım əvvəl anasını uzun sürən xəstəlikdən sonra itirmişdi. Onun Ülvi və Şamo adlı qardaşları var. Şəhidin anası Xocalıda anadan olsa da, Xankəndidə böyüyüb. Daha sonra isə Ağdama köçüblər. 

C. Mustafazadə sonuncu dəfə oktyabrın 9-u ailəsiylə danışıb. Atasının sözlərinə görə, o, hər gün 5-10 saniyə olsa da, ailəsiylə danışarmış: “Hər dəfə bir nömrəylə əlaqə saxlayırdı. Biz də o nömrələrə yığdıq. Axır nömrələrin birinə zəng çatdı. Açıb dedilər ki, Ceyhun yaralanıb. Ayın 11-i axşam saat 7 idi. O zaman komendant saatı olduğu üçün heç hara getmək mümkün deyildi. Oktyabrın 12-si Gəncəyə getdim. Hospitalların hamısını  gəzdik, ancaq onu tapmadıq. Ən sonda Xocalı İcra Hakimiyyətindən zəng vurub dedilər ki, Ceyhun şəhid olub. Şəhid olacağı ürəyinə danıbmış. Oktyabrın 9-da günorta saat 3-4 arasında telefonun yaddaşında olan bütün adamlara zəng edib qısa danışıb. Biz sonradan bunu telefonundan tapdıq…”  

 

Foto-Video: Pərvin Zeynal 



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocalı soyqırımına həsr olunan “13” filmi təqdim edildi – VİDEO

Multimedia 26/02/2021 15:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xocalı soyqırımına həsr olunan “13” adlı qısametrajlı filmi təqdim edilib.

Film Xocalıda ailəsi öldürülən və özü isə təcavüzə məruz qalan qızın həyatından bəhs edir.

Gənclər Fondunun dəstəyi, Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin və “Azxeber Media”nın birgə təşkilatçılığı ilə ərsəyə gətirilən film qadın zorakılığını və erməni vəhşiliyini bütün çılpaqlığı ilə ortaya qoyur.

Filmdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli soyqırımlarından biri olan Xocalıda baş verənlər 13 yaşını qeyd edən Mənsumənin dilindən ifadə olunur. Ailəsi ermənilər tərəfində qətlə yetirilən qəhrəmanın 29 illik ağrıları və bu ağrılarından doğan, günümüzə qədər yaşadığı izdirablı həyatı filmdə canlandırılıb. Filmin sonunda isə Məsumənin müharibədə iştirak edən qardaşı ona qələbə xəbərini çatdırır.

Filmin ideya müəllifləri tanınmış jurnalistlər – Hacıbəy Heydərli və Əfsələddin Ağalarovdur.

Yazıçı Türkan Turanın hekayəsi əsasında ssenariləşdirilən və gənc rejissor Rüfət Hüseynovun ekranlaşdırdığı “13” filmində aktrisa Şəhla Məmmədova, Yelena Sidrenko-Eyvazlı, aktyor İlqar Musayev və başqaları rol alıb.

Oxumağa dəyər:   Prezident: "Ermənistanda hakimiyyətə kim gəlirsə, gəlsin, bəyanat pozularsa, çox pis olacaq"

Filmdə “Sarı Gəlin” musiqisi fərqli aranjmanda müğənni Çinarə Məlikzadənin ifasında tamaşaçılara təqdim edilib.

Qeyd edək ki, “13” filminin rus və İngilis dillərində olan tərcümələri yaxın günlərdə xarici auditoriya üçün təqdim ediləcək.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirilib – VİDEO

Multimedia 26/02/2021 14:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, kitab, foto və rəsm sərgiləri ilə tanış olub, şəxsi heyətə faciəyə həsr olunan ədəbi-bədii kompozisiyalar, bədii və sənədli filmlər nümayiş etdirilib, eləcə də səyyar təşviqat qruplarının azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşləri təşkil edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda 1000 manata tapança satmaq istədi – Video

Multimedia 26/02/2021 12:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Abşeron rayon sakini olan Xəyyam Əbdülhüseynovun üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi və satmaq istəməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Binəqədi rayonu ərazisində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Naqan” markalı tapança aşkar olunaraq götürülüb. X.Əbdülhüseynov silahın ona məxsus olduğunu və 1000 manata satmaq istəyən zaman saxlanıldığını bildirib.

Qeyd edək ki, X.Əbdülhüseynov odlu silahı satmağa gedərkən tanınmamaq üçün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanınında dəyişiklik edib. Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İmamyarın musiqi əsəri Kaliforniyada təqdim olundu – Video

Multimedia 26/02/2021 10:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fevralın 25-də Kaliforniyada yaşayan tanınmış kamança ustası İmamyar Həsənovun Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqi əsərinin premyerası keçirilib. 

Əsər Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə ərsəyə gəlib

Musiqi əsərinin əvvəlində Xocalı Soyqırımı haqda məlumat verilir, beynəlxalq “Human Rights Watch” təşkilatının bu dəhşətli faciəni Ermənistan-Azərbaycan münaqişəsi tarixində “ən böyük qətliam” adlandırdığı diqqətə çatdırılır. Həmçinin, soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların bəzilərinin şəkilləri nümayiş etdirilir. 

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocalı faciəsi günü 2 yaşı tamam olan şəhid Tural – Video

Multimedia 26/02/2021 09:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Hər kəs bilir ki, ermənilər Xocalıda başımıza nə müsibətlər gətiriblər, 613 şəhidimiz olub. Amma mən bundan sonra “Xocalı” abidəsi önünə qürurla, fəxarət hissi ilə gedəcəyəm ki, sizin qisasınızı aldılar. Daha məyus olmayacağam, onları gülə-gülə, sevinə-sevinə yad edəcəyəm. Çünki artıq bizim bütün sərhədlərimizə Ordumuz nəzarət edir…” 

Bunu “Qafqazinfo”ya Xocalı sakini, Vətən müharibəsi şəhidimizin atası Şakir Abdullayev soyqırımın 29-cu ildönümü ərəfəsində bildirib.

Abdullayevlər ailəsi bəlkə də təsəvvür etməzdi ki, illər keçəcək, 1990-cı ilin fevralın 26-da dünyaya gələn övladları Tural böyüyüb Xocalıda günahsız insanlara qarşı törədilən qətliamın qisasını alacaq. Həmin faciə günü cəmi 2 yaşı tamam olan qəhrəman torpaqlarımızı öz qanı bahasına azad edərək adını zəfər tariximizə yazdıran igid oğullardan biri olacaq…

Abdullayevlər ailəsi bizə göstərmək üçün Xocalıda qətliama qədər yaşadıqları xoş günlərini xatırladacaq nə bir foto, nə başqa bir nişanə tapır. Çünki həmin soyuq qış günündə ayaqyalın, başıaçıq qaçıb canlarını qurtarıblar.

Əvəzində fəxrlə hamıya göstərdikləri, Vətən müharibəsində canından keçən yeganə oğulları – Daxili Qoşunların xüsusi təyinatlısı Tural Abdullayevin çoxlu fotosu var. Ailənin evi həmin şəkillərlə, sözün həqiqi mənasında, bəzədilib. Özündən sonra həm də oxuduğu kitablar, aldığı təltiflər, təşəkkürnamələr ata-anasına xatirədir. Rütbəcə baş çavuş olan Tural illərdir özünü bu günə hazırlamışdı, sanki.

Şəhidin atası deyir ki, Xocalıda günahsız soydaşlarımızın qətliamı Turalda qarşısıalınmaz bir hiss yaratmışdı:

Oxumağa dəyər:   İlham Əliyev: "Qarabağın bərpasından başqa önəmli bir işimiz qalmadı"

“Biz xocalılılar hər il 26 fevralda “Xocalı abidəsi”nin qarşısına toplaşıb dərdimizi bölüşərdik. Tural körpə olanda onu da özümlə abidənin qarşısına aparırdım. Onda mənə suallar verirdi, hər şeyi soruşurdu. Həmişə deyirdi ki, Xocalının, Qarabağın qisasını almaq lazımdır. Vətənpərvər oğul idi, həmişə arzulayırdı ki, müharibə başlasın, döyüşə getsin. Bəlkə də onda qisas hissi olmasaydı, belə qəhrəman olmazdı”. 

Ş. Abdullayev danışır ki, Tural döyüşə də sevinə-sevinə gedib. O qədər sevinib və tələsib ki, heç ailə üzvləriylə görüşməyə belə macal tapmayıb. Onunla sonuncu dəfə sentyabrın 26-da danışa biliblər. Müharibə başlanan gündən isə telefonuna zəng çatmayıb. Sentyabrın 30-da şəhid xəbəri gələn Tural Abdullayev Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub. 

Tural ailədə necə fəxr ediləsi övlad olubsa, hərbçi yoldaşları arasında da igidliyi ilə seçilib. Atasının sözlərinə görə, onunla birgə döyüşən yoldaşları Turalın Vətən sevgisinin onda bütün qorxu hisslərini məhv etdiyini deyirlər: “Hərbçi yoldaşları danışır, komandir əmr verirdi ki, ehtiyatlı olun. Amma Tural və onun yoldaşları döyüşə əyilmədən, dik, başı uca girirdilər. Sevinirmişlər ki, şəhid olacaqlar, ölümdən heç qorxmurdular. Erməni postundan keçib yüksəkliyə bayrağımızı taxıb, sonra qayıdıb postu məhv edirdilər. Ermənilər baxıb dəhşətə gəlirdilər ki, arxalarında Azərbaycan bayrağı dalğalanır…

Murov yüksəkliyini də onlar azad ediblər. Günlərlə susuz qalıblar, amma gedib hədəflərinə çatıb, torpaqlarımızı düşməndən təmizləyiblər. Tural aramızda yoxdur, amma onun kimi minlərlə qəhrəmanlarımız bizim üçün baş ucalığıdır. Onlar xəritəmizi cızdılar, alnızıdakı qara ləkəni götürdülər. Onlar tarix boyu yaddan çıxmayacaqlar. Bu müharibə təkcə bizim ərazi bütövlüyümüzü bərpa eləmədi, həm də başımızı dünyada ucaltdı”. 

Oxumağa dəyər:   "Orada asdığımız plakat Ermənistanda qıcıq doğurur"

Övlad itkisi ağır olsa da, Şakir Abdullayev şəhid oğlundan fəxarətlə, yorulmadan danışır. Məlum olur ki, Tural öz hərbçi yoldaşlarıyla bərabər Murovdağ istiqamətində döyüşdə 40-a yaxın ermənini, düşmənin iki hərbi maşınını məhv edib. Göstərdiyi qəhrəmanlığa görə “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarıyla təltif olunub. 

Şəhidin anası İradə Sadıqova da oğlu ilə bağlı xatirələrini vərəqləyir, uşaqlığından, balaca olanda ona Xocalı ilə bağlı öyrətdiyi bayatılardan söz açır. Danışdıqca da kövrəlir, gözləri dolur: 

“Tural mənim igid balam idi. Məni yoldaşlarına – Hilala, Orxana da tapşırmışdı. Demişdi, “mən şəhid olsam, anamı qucaqlayın”. Tək o yox, onunla bərabər şəhid olan bütün oğullar igid idi. 5 il əvvəl türk komandiri qoçaqlığına, qorxmazlığına görə ona “Bozqurd” ləqəbini vermişdi… Həmişə ona Xocalıya aid bayatılar öyrədirdim, Xocalıda məhv edilən körpələrlə bağlı televiziyada kadrları görəndə gözləri dolurdu. “Bir gün olacaq, o körpələrin qanını alacam” deyirdi. Aldı da. Mənim igid balalarım aldı, bir Turalım yox… Səsi üçün darıxıram. İstəyirəm bir dəfə də mənə “mama” desin. Çox darıxıram…”

Oxumağa dəyər:   Kreml: Qarabağ razılaşması üçün təhlükə görünmür

İ. Sadıqova o torpaqlara, oğlunun azad etdiyi ərazilərə getmək istəyir: “Balamın Murovda qanı tökülüb, ora ayaq basa bilmərəm. Amma Xocalıya, Laçına, Şuşaya gedərəm…” 

Söhbət əsnasında öyrənirik ki, 26 fevral Xocalı qətliamı günü ailə üçün bir tərəfdən faciəli tarix olsa da, digər tərəfdən həm də əzizdir. Çünki ailənin şəhid olan yeganə oğlu 1990-cı ilin məhz bu günündə doğulub. Ailəsi onun doğum gününü cəmi bir dəfə –  1 yaşında qeyd edib. Faciəli tarixə təsadüf etdiyindən bir də Turala doğum günü keçirilməyib. 30 illik bu ənənəni bircə dəfə dostları pozublar. Ötən ilin mart ayında iş yoldaşları Turala ad günü keçirib, özünə də sürpriz ediblər. Lakin Tural bundan heç də razı qalmayıb və “bu, mənim birinci və axırıncı ad günüm olacaq, bir də ad günü keçirməyəcəyəm” deyib. Bu gün həqiqətən də Turalın xatırladığı ilk və son doğum günü olub… 

Valideynlərinin Turalla bağlı çoxlu arzuları var idi. İki ay əvvəl nişanlanmışdı, amma toy etmək qismət olmadı. Elə Turalın da arzuları çox idi. Amma o arzulardan yalnız birinə çatdı – o da şəhidlik zirvəsi idi. 

İndi isə valideynlərinin bir istəyi var-Oğlanlarının xatirəsi ermənilərdən qisas alan qəhrəman kimi Xocalının qətl günündə anılsın…

Gülnar Əliyeva

Foto-Video: Nuran Məmmədov





İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rusiya qırıcıları Yerevan səmasında uçuş edib – VİDEO

Multimedia 25/02/2021 15:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Rusiya Silahlı Qüvvələrinin qırıcıları Ermənistanın paytaxtı Yerevanın üzərində manevrlər ediblər.

Ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu hadisəni alqışla qarşılayıblar.

Hərbi təyyarənin paytaxt üzərində uçmasının səbəbi və məqsədi açıqlanmayıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Həmin görüntülər Qubada çəkilməyib” – Video

Multimedia 25/02/2021 14:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sosial şəbəkələrdə Quba rayonunda qar və buz bağlamış yolların hələ də köhnə texnika ilə təmizlənməsi ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdən aydın olur ki, yollar hələ də Sovet dövründə istehsal olunan köhnə “DT-75” traktorları vasitəsilə təmizlənir. Ötən gündən bəri həmin video müzakirələrə səbəb olub. Traktorun qar təmizləməkdən daha çox yolun asfalt-beton örtüyünə ziyan vurduğu qeyd olunub. 

“Qafqazinfo” həmin görüntülərlə bağlı Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovla əlaqə saxlayıb.

O, həmin görüntülərin Quba rayonunda çəkilmədiyini bildirib: “Əvvəlcə əmin olmaq lazımdır ki, həmin görüntülər Qubada çəkilib, ya yox. Quba şəhərində şəhər təsərrüfatında yolların buzdan və qardan təmizlənməsi üçün kifayət qədər texnika var. Bu barədə ötən gün televiziyalarda süjetlər də göstərilib. Həmin süjetlərə baxıb Qubadakı müasir texnikalarla da tanış ola bilərsiniz. Həmin videoda göstərilən texnika bizim rayona aid deyil”.  

Oxumağa dəyər:   Sumqayıtda iki şəhidin xatirəsi əbədiləşdirilib

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır – Video

Multimedia 25/02/2021 14:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vətəndaşları Respublika Meydanına çağıran Ermənistan hökumətinin başçısı Nikol Paşinyan tərəfdarlarına müraciət etməyi planlaşdırır.

Paşinyanın çağırışı ilə çoxlu sayda vətəndaş mitinqin keçiriləcəyi Ermənistan hökumətinin binasının yaxınlığındakı Respublika Meydanına toplaşıblar.

Kadrlarda İrəvanın mərkəzinə getdikcə daha çox insanın axışdığı əks olunur. Meydana polis qüvvələri də cəlb olunub.

Qeyd edək ki, daha əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkədə hərbi çevriliş cəhdini elan edərək tərəfdarlarını Respublika Meydanına toplaşmağa çağırmışdı.

Daha sonra o, yerli vaxtla saat 16: 00-da çıxış edəcəyini açıqlayıb. Paşinyan mitinqdə vətəndaşların təhlükəsizliyinin təmin olunacağını bildirib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Dünənki havada 25 yanğına çağırış olub – Video

Multimedia 25/02/2021 12:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ötən gün qarlı havada Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında 25 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, ötən sutka ərzində 16 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Keçmiş məhkum üzərində avtomatla saxlanıldı – VİDEO

Multimedia 25/02/2021 11:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən “Kalaşnikov” aşkar edilib.

Əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs qısa zamanda Sabunçu rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd sandıqça və 30 ədəd patron aşkar olunaraq götürülüb. Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Çingiz Quliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO

Multimedia 25/02/2021 10:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son illərdə sosial şəbəkələrin sürətli inkişafını və təbliğat işində qısa və məzmunlu filmlərin effektivliyini nəzərə alaraq, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Azərbaycana dair 2019-cu ildən başlayaraq, bir sıra mövzularda ingilis dilində 20 qısa film hazırlanaraq yayılıb. Xüsusilə, Baş Konsulluq tərəfindən Vətən Müharibəsi dövründə hazırlanan, Ermənistanın cinayətlərini göstərən qısa filmlər geniş yayılaraq böyük sayda izlənilmişdi. Bu səpkidə Baş Konsulluq tərəfindən hazırlanan sonuncu film Xocalı soyqırımına həsr olunub.

Konsulluqdan verilən məlumata görə, filmdə 26 fevral 1992-ci il tarixində Ermənistan qoşunlarının Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaq, qadın və qocalar da daxil olmaqla 613 dinc sakini qətlə yetirdiyi vurğulanır.

Videoda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamını etiraf edən müsahibəsindən sitat gətirilir. Həmin qətliamı törədənlərdən biri, Kaliforniyadan olan erməni terrorçu Monte Melkonyanın qardaşının yazdığı kitaba da istinad edilərək, erməni cəlladlarının qəddar əməlləri təqdim olunur.

Oxumağa dəyər:   İlham Əliyev Ərdoğana zəng etdi

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, etnik təmizləmə apardığı və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. BMT Təhlükəsizlik Şurasının (TŞ) 1993-cü ildə sözügedən işğalı pislədiyi qeyd olunaraq, həmin dövrdə TŞ-də sədrlik edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, sonradan ABŞ dövlət katibi olmuş Madlen Olbraytın TŞ-nin iclasında verdiyi bəyanatın video-yazısından çıxarış təqdim olunur. Qeyd edək ki, sözügedən video-yazı BMT arxivlərindən Baş Konsulluq tərəfindən üzə çıxarılaraq, hələ ötən ilin sentyabrında ayrıca yayılmışdı. Video-yazıda M.Olbrayt bütün TŞ adından çıxış edərək, işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb etmişdi.

Sonra bu günədək 17 ölkənin və ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımını pislədiyi bildirilir.

2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanır. Xocalıda olduğu kimi Vətən Müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılır. Videoda həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunur.

Oxumağa dəyər:   Prezident: "Ermənistanda hakimiyyətə kim gəlirsə, gəlsin, bəyanat pozularsa, çox pis olacaq"

Film müvafiq ölkələrdəki Səfirliklərimiz tərəfindən alman, alban, ispan, çin, fars, türk, yunan və digər dillərə də tərcümə olunub. Film sosial şəbəkələrdə geniş şəkildə yayılmaqdadır.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

CBC TV-nin avtomobili aşdı – Video

Multimedia 24/02/2021 20:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

CBC TV-yə məxsus avtomobil aşıb.

Hadisə Tərtər-Bərdə avtomagistralı istiqamətində baş verib.

Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub.

Hadisə nəticəsində qəzaya uğrayan avtomobil aşıb. Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi… – Video

Multimedia 24/02/2021 17:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın (Raoul Contreras) müəllifliyi ilə fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb. Veriliş müəllifin “The Contreras Report: International Edition” müəllif proqramı çərçivəsində hazırlanıb.

Qeyd edək ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir və onun indiyədək Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarında çoxsaylı məqalələri dərc olunub.

Sözügedən verilişdə müəllif 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaqlar və qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdiklərini vurğulayır. Müəllif həmçinin erməni cəlladlarının əsir götürdükləri azərbaycanlılara qarşı ağılasığmaz işgəncələr verdiklərini diqqətə çatdırır.

R.Kontreras Xocalı qırğınının soyqırımı olduğunu bildirir və bunu insanlığa qarşı törədilmiş cinayət adlandırır.

Müəllif Xocalı soyqırımı haqda qərb müəlliflərinin yazdığı kitablar haqda məlumat verir. O, həmçinin sözügedən soyqırımında iştirak etmiş Kaliforniyadan olan erməni terrorist Monte Melkonyanın qardaşının yazdığı kitabdan və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın mövzu ilə bağlı müsahibəsindən sitatlar gətirərək, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri necə etiraf etdiklərini diqqətə çatdırır.

Oxumağa dəyər:   Bakıda bina yanır

R.Kontreras Xocalı soyqırımını törədənlərin indiyədək cəzalandırılmadığını, onlardan bir çoxunun Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını və hökumətdə yüksək vəzifə tutduğunu vurğulayır.

Müəllif daha sonra Xocalı şahidlərinin öz dilindən Xocalıda törədilmiş vəhşiliklər haqda qısa video-sujet təqdim edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 26/02/2021 19:42

Şuşada bir dəqiqəlik sükut… – Video

Read more
Multimedia 26/02/2021 18:37

Şəhid ailələrinə verilən binadan reportaj – Video

Read more
Multimedia 26/02/2021 17:57

“Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video

Read more
Multimedia 26/02/2021 15:47

Xocalı soyqırımına həsr olunan “13” filmi təqdim edildi – VİDEO

Read more
Multimedia 26/02/2021 14:00

Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirilib – VİDEO

Read more
Multimedia 26/02/2021 12:29

Bakıda 1000 manata tapança satmaq istədi – Video

Read more
Multimedia 26/02/2021 10:57

İmamyarın musiqi əsəri Kaliforniyada təqdim olundu – Video

Read more
Multimedia 26/02/2021 09:38

Xocalı faciəsi günü 2 yaşı tamam olan şəhid Tural – Video

Read more
Multimedia 25/02/2021 15:47

Rusiya qırıcıları Yerevan səmasında uçuş edib – VİDEO

Read more
Multimedia 25/02/2021 14:27

“Həmin görüntülər Qubada çəkilməyib” – Video

Read more
Multimedia 25/02/2021 14:12

Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır – Video

Read more
Multimedia 25/02/2021 12:02

Dünənki havada 25 yanğına çağırış olub – Video

Read more
Multimedia 25/02/2021 11:57

Keçmiş məhkum üzərində avtomatla saxlanıldı – VİDEO

Read more
Multimedia 25/02/2021 10:02

Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO

Read more
Multimedia 24/02/2021 20:27

CBC TV-nin avtomobili aşdı – Video

Read more
Multimedia 24/02/2021 17:37

ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi… – Video

Read more
Multimedia 24/02/2021 16:27

“Azərişığ”ın əməkdaşları qarlı havada iş başında – Video

Read more
Multimedia 24/02/2021 15:52

Bu gün evləri yanan məcburi köçkünlərə kirayə pulu veriləcək – VİDEO

Read more
Multimedia 24/02/2021 15:27

DİN səhərki qəza haqda məlumat yaydı – VİDEO

Read more
Multimedia 24/02/2021 13:07

Müharibədə düşmənə vurulan aviazərbələrin görüntüsü yayıldı – VİDEO

Read more
Multimedia 24/02/2021 12:37

Ermənistanda etirazçılar universitet binasına basqın etdi – VİDEO

Read more
Multimedia 24/02/2021 12:29

Xocavəndin Ağdam kəndindən videogörüntülər

Read more
Multimedia 24/02/2021 11:30

Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub – VİDEO

Read more
Multimedia 24/02/2021 10:22

Qaradağda 10 maşın toqquşdu, ölən var – Video

Read more
Multimedia 24/02/2021 01:12

Bakıya yağan qar qəzalara səbəb oldu – Video

Read more
Multimedia 23/02/2021 23:22

Bakıda yaşayış evi yanır – Video

Read more
Multimedia 23/02/2021 18:44

Qubadlının Hal kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 23/02/2021 17:32

Ankaradan Bakıya külli miqdarda brilliant qaşlar keçirmək istədi – Video

Read more
Multimedia 23/02/2021 12:33

Azərbaycan Ordusu təlim keçir – VİDEO

Read more
Multimedia 23/02/2021 11:57

“Mədəniyyət Nazirliyi atamı hara layiq bilsə, orada dəfn ediləcək” – Video

Read more
Multimedia 23/02/2021 11:42

Nazirlik Ağdamın Sırxavənd kəndindən video yaydı

Read more
Multimedia 23/02/2021 10:07

Ağdamın Sırxavənd kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 22/02/2021 12:57

İnkassator avtomobilindən milyonlarla avro aparıldı – VİDEO

Read more
Multimedia 22/02/2021 12:27

Abşeronda quldurluqda şübhəli bilinənlər saxlanıldı – Video

Read more
Multimedia 22/02/2021 11:40

Qubadlının Çaytumas kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 21/02/2021 21:12

İntihar edən Sevilin atası danışdı – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2021 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla