Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan üç rusiyalı xəstəxanalarda qalır.

Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan üç Rusiya vətəndaşı federal mərkəzlərin və Moskva xəstəxanalarının stasionarlarında müalicə alır”, – Rusiyanın səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.

Qeyd olunub ki, altı nəfər, o cümlədən bir uşaq xəstəxanadan buraxılıb.

İstinadlar Report