
Rusiya Ermənistan və Azərbaycan arasında davamlı sülhün tez bir zamanda qurulmasında maraqlıdır.
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində deyib.
“Vacibdir ki, region üçün taleyüklü olan bu sənəd tərəflərdən heç biri üçün “acı dad” buraxmadan bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə əsaslansın”, – diplomat vurğulayıb.