Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə “Süddeutsche Zeitung” qəzeti bildirib.

Məlumata görə, səfirin nazirliyə çağırılmasına səbəb kimi Kremlin Rusiya müxalifətinin lideri Sergey Navalnının ölümünə şərh verməməsi göstərilib.

Bildirilib ki, səfir Neçayev XİN-ə çağırılmazdan əvvəl “Neue Osnabrücker Zeitung” qəzetinə müsahibədə “hərbi sənayenin maraqlarının” bu hadisədə rol oynaya biləcəyi fikrinin və anti-Rusiya ritorikasının yayılmasından narahatlığını ifadə etmişdi.

İstinadlar Report