Rublun məzənnəsinin stabilləşməsi məqsədi ilə Rusiya Bankı (Mərkəzi Bank) sabit məzənnə rejiminə keçə bilər
Bu barədə Rusiya prezidentinin müşaviri, akademik Sergey Qlazyev bəyan edib.
Onun sözlərinə görə, Mərkəzi Bankın əsas vəzifəsi milli valyutanın sabitliyini qoruyub saxlamaqdır. “Rublun dondurulması mümkün variantlardan biridir. Lakin, sabit məzənnəyə keçid üçün rəqabətqabiliyyətliliyi təmin edən səviyyə müəyyən edilməlidir”, – prezidentin müşaviri bildirib.
S.Qlazyev həmçinin bildirib ki, Rusiyanın pul-kredit siyasəti maliyyə spekulyatorları üçün münbit şərait yaradır. Xatırladaq ki, Rusiya Bankının rəhbəri Elvira Nabiullina dəfələrlə hökumətin “üzən məzənnə” rejimi siyasətini dəstəklədiyini qeyd edib.
Azərbaycan24 sosial şəbəkələrdə