
“Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının üzvlərinin və dünya təşkilatına daxil olan bütün ölkələrin mütləq əksəriyyətinin razılığı olmadan onun islahatlarını həyata keçirə bilməyəcək”.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
“Amerikalılar çox yaxşı başa düşürlər, ciddi müsahibələrində də etiraf edirlər ki, onların Təhlükəsizlik Şurasının üzvlərinin, ilk növbədə daimi üzvlərin və prinsipcə BMT-nin mütləq əksəriyyətinin razılığı olmadan Təhlükəsizlik Şurasında islahatlar aparmaq rıçaqları yoxdur.