“Biz bölgədəki bütün məsələlərin burada yerləşən ölkələr arasında və ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunmalı olduğu faktından çıxış edirik”.

Bunu Rusiya xarici işlər naziri  Sergey Lavrov Rusiya XİN-in 2020-ci ildəki fəaliyyətinin nəticələrinə dair mətbuat konfransında deyib.

“Dağlıq Qarabağın Rusiya Federasiyasına daxil edilməsi ilə bağlı ekzotik sualla əlaqədar olaraq, demək istərdim ki, Qarabağın müstəqilliyi heç kim tərəfindən, o cümlədən Ermənistan Respublikası tərəfindən tanınmayıb, bizim belə bir niyyətimiz ümumiyyətlə yoxdur”,- deyə Lavrov qeyd edib.

O, Rusiya Federasiyasının bu bölgədə sülh, sabitlik və təhlükəsizliyi təmin edəcək bir həll yolunu tapmağa kömək edəcəyini vurğulayıb.

İstinadlar Qafqazinfo