“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin başçıları həmin qurumda baş katib vəzifəsinə namizədin kim olacağı barədə razılığa gəlməyiblər”.

Bunu bu vəzifəni Belarus nümayəndəsinin tutacağı barədə Prezident Aleksandr Lukaşenkonun fikirlərini şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, ötən gün Avrasiya İqtisadi İttifaqı və MDB zirvə görüşlərində bu məsələnin müzakirə mövzusu olduğunu diqqətə çatdırıb.

İstinadlar Report