Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın paytaxtı Daşkəndi ikigünlük səfərə gəlib.

Burada o, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlar aparacaq.

Əsas proqram sabaha nəzərdə tutulub. Hər iki dövlət başçıları Rusiya-Özbəkistan münasibətlərinin vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Putin və Mirziyoyev Rusiya və Özbəkistan Regionlar Şurasının ilk iclasında da iştirak edəcəklər. Bundan başqa, səfər zamanı bir sıra birgə sənədlər imzalanacaq.

İstinadlar Report