Rusiya Prezidenti Vladimir Putinin Çinə dövlət səfəri başlayıb.

Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü olub.

Si Cinpin Vladimir Putini salamlayıb, növbəti dəfə Rusiya prezidenti seçilməsi münasibəti ilə onu təbrik edib.

Artıq liderlər arasında məhdud tərkibdə görüş başlayıb. Bu, Vladimir Putinin yeni prezidentlik müddəti başlayandan bəri ilk xaricə səfəridir.

İstinadlar Report