İrkutsk Aviasiya Zavodunun istehsalı olan yeni çoxfunksiyalı Su-30SM2 qırıcıları Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.
Bu barədə Birləşmiş Aviatikinti Korporasiyasının (BAK) mətbuat xidməti məlumat yayıb.
“Aviasiya texnikası lazımi yer və uçuş sınaqlarından keçərək xidmət yerinə yola düşüb”, – məlumatda bildirilib.
Qeyd olunub ki, qırıcılar təkmilləşdirilmiş göyərtə radioelektron cihazları ilə təchiz olunub, aparılan modernləşdirmə sayəsində təyyarənin döyüş qabiliyyəti artırılıb.