
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərinin hava limanını atəşə tutub, hava limanı qismən dağılıb.
Bu barədə Ukraynananın xalq deputatı Musa Maqomedov teleqramda bildirib.
“Növbəti gözəl hava limanını dağıdıblar, bu dəfə Zaporojyedə”, – o qeyd edib.
Deputatın dərc etdiyi şəkildə hava limanının qismən dağıldığı əks olunub.
Bölgənin atəşə tutulmasından öncə Zaporojye Vilayət Dövlət Administrasiyasının rəhbəri İvan Fyodorov X-59 raketlərinin region istiqamətində buraxıldığını açıqlamışdı.