
Ukraynanın paytaxtı Kiyev şəhərinin Şevçenko rayonu Rusiya ordusu tərəfindən raket atəşinə tutulub.
Raketlər yaşayış binasına dəyib.
Kiyevin meri Vitali Kliçko bildirib ki, hazırda raketin düşdüyü Şevçenko rayonunda yaşayış binasında axtarış-xilasetmə işləri davam etdirilir:
“Dağıntılar altında insanlar var. Sakinlərdən bəziləri təxliyə edilib, iki zərərçəkən xəstəxanaya yerləşdirilib. Xilasedicilər işlərini davam etdirirlər, həkimlər iş başındadırlar”.